Ölkənin ilk rəqəmsal bankı “Birbank” müştərilərinin həyatına daha bir yenilik gətirir. Təqdim olunan yeni imkan sayəsində artıq “Birbank”lılar ictimai nəqliyyatda təmassız ödənişlər (NFC) zamanı xərclərini daha detallı izləyə biləcəklər.

Belə ki, istifadəçilər “Birbank” mobil tətbiqində “Tarixçə” bölməsindən ödənişin keçdiyi marşrut nömrəsini, metro stansiyanın adını və gediş tarixini görə bilərlər. Bu da vətəndaşlara gecikmiş ödənişlər zamanı çıxılan məbləğin konkret hansı gedişə aid olduğunu ödəniş qəbzi vasitəsilə aydın şəkildə izləmək imkanı yaradır.

Yeni funksiya NFC texnologiyası ilə bank kartı vasitəsilə həyata keçirilən ödənişlər üçün aktivdir və bütün “Birbank”lılar üçün əlçatandır.

Məlumat üçün bildirək ki, ötən il “Birbank”ın tətbiq etdiyi texnoloji dəstək sayəsində “Baku Bus” MMC də daxil olmaqla, Bakı şəhəri üzrə fəaliyyət göstərən bütün avtobus marşrutlarında, həmçinin “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında təmassız ödəniş (NFC) texnologiyası tətbiq edilib. “K Group” MMC (BakıKart) ilə baş tutan bu əməkdaşlıq bütün yerli bank kartlarını əhatə edir.

Qeyd edək ki, ictimai nəqliyyatda gediş haqqının ödənilməsi, həmçinin NFC/QR texnologiyaları vasitəsilə həyata keçirilən ödənişlərin texniki tərəfləri Bakı Metropoliteni və “BakıKart” sisteminin idarəçiliyindədir. Bank ötürülən əməliyyat məlumatları əsasında, yalnız müəyyən edilən məbləğin müştərinin hesabından silinməsi prosesini icra edir. Bu səbəbdən sualı olan müştərilə ətraflı məlumat almaq üçün “BakıKart”a müraciət edə bilərlər.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank”, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir.

“Birbank”ın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

“Yeraltı”nın aktyorları sevgilidir - “Melek”in atası prokurorluğa şikayət etdi

45 yaşını belə qeyd etdi - Foto

AZƏRBAYCAN ƏHALİSİNİN CƏMİ 4.6 FAİZİ 70 YAŞ HƏDDİNİ KEÇİR

Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni mərhələ: Uşaqlar necə qorunacaq?

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31