Xəbərlər
30.12.2020, 01:18
Rusiya hərbçilərinə hücum oldu - 3 yaralı var
Suriyanın İdlib vilayətində Rusiya hərbi polisini daşıyan zirehli avtomobilə hücum olub.
Modern.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Suriyada duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin rəhbərinin müavini, kontr-admiral Vyaçeslav Sıtnik bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində Rusiyanın üç hərbi polisi yaralanıb.
“Zərərçəkənlər dərhal hərbi xəstəxanaya təxliyyə olunub, onlara lazımi tibbi yardım göstərilib”, - deyə kontr-admiral bildirib.
Mənbə: modern.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay