Şuşada DTX-nin yeni inzibati binasının açılışı oldu - VİDEO




Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şuşa rayon idarəsinin (Rİ) yeni inzibati binasının təntənəli açılışı olub.

Bu barədə DTX-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa Rİ-nin əməkdaşları, digər hüquq mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.

Əvvəlcə binanın qarşısında 1993-cü ildə düşmən işğalı nəticəsində üç yaşında ikən ailəsi ilə birlikdə Şuşa şəhərini tərk etməyə məcbur qalmış, hazırda DTX-də xidmət edən leytenant U.Bəylərov Dövlət bayrağını qaldırıb. Dövlət himni səsləndirilib.

Binanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları foyedə müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramlarını bildirərək abidəsi önünə gül dəstələri qoyublar.

Həmçinin, Ulu Öndərin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlərə baxıblar.

Tədbir iştirakçıları Azərbaycan Respublikasının hüquq mühafizə siyasətinin Dağlıq Qarabağ ərazisində uğurla həyata keçirilməsinin növbəti təcəssümü olaraq DTX Şuşa Rİ-nin müasir üslubda təmir edilmiş yeni inzibati binasının otaqları və əməliyyatçıların iş şəraiti ilə tanış olublar.

DTX-nin kollegiya üzvlərinin və Şuşa Rİ-nin rəhbərliyinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə çıxış edən general-polkovnik Əli Nağıyev bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan bütün sahələrdə durmadan inkişaf edir, günbəgün daha da qüdrətlənir.

Bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad edib, Azərbaycanın çoxəsrlik tarixinin və hərbi uğurlarının yeni şanlı və şərəfli səhifələrini yazıb.

Dövlətimizin başçısı tərəfindən hüquq mühafizə orqanlarının inkişafına daim diqqət göstərildiyini vurğulayan general-polkovnik Əli Nağıyev, DTX Şuşa Rİ-nin yeni inzibati binasının istifadəyə verilməsinin də məhz bu qayğının bariz göstəricisi olduğunu qeyd edib. DTX-nin rəisi əməkdaşların məsuliyyətli, eyni zamanda, böyük etimad olaraq Şuşa şəhərində öz xidmətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

Xidməti müşavirədə DTX Şuşa Rİ-nin şəxsi heyəti qarşısında konkret vəzifələr qoyulub.

General-polkovnik Əli Nağıyev Şuşa Rİ-nin əməkdaşlarını bu əlamətdar hadisə münasibətilə bir daha təbrik etmiş və uğurlar arzulayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Şuşa qarnizonunda xidmət edən hərbi qulluqçular ilə görüşmüş, onlara DTX-nin bayram sovqatları təqdim edilib. Sonra tədbir iştirakçıları Şuşa şəhərində qulluq keçən hərbçilər üçün DTX-nin Mədəniyyət mərkəzi tərəfindən məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə təşkil olunmuş konsert proqramına tamaşa ediblər.

Son xəbərlər

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Baş nazirin açıqlaması vətəndaşları şoka saldı

Elm, fantastika, şəxsi həyat...

Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi

Vaşinqtonda bir araya gələcəklər

Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

Ələt–20-ci Sahə istiqamətində 195E nömrəli yeni ekspres marşrut istifadəyə verilir

Nəsrinin serialı ilə bağlı dəyişiklik

Yenidən eyni layihədə rol alacaqlar

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031