HAQQI TAPDALANMIŞ SAHİBKARLAR "Bizə çatan məlumtlara görə, bu işin başında Ziya və Elton Məmədovların Baş Prokurorluqda yüksək vəzifədə çalışan qardaşlarının oğlu Namiq Məmmədov dayanır..."

"turaztv.az" "carciTV”-yə istinadən bildirir ki, "carci TV"-nin elektron poçtuna Bakıdakı "C.Cabbarlı meydanı” kimi tanınan yeraltı keçiddə yerləşən ticarət mərkəzində fəaliyyət göstərən sahibkarların şikayət ərizəsi daxil olub.
Şikayət ərizəsinə əlavə edilmiş sənədlərin dəqiqləşdirilməsi və araşdırılması üçün adları qeyd olunan sahibkarları redaksiyaya dəvət etdik. Araşdırılarkən məlum oldu ki, hüquqları pozulmuş və haqqı tapdalanmış şikayətçilər Prezident İlham Əliyevə, iqtisadiyyat naziri Mikayıl Cabbarova, prokurorluq və məhkəmə orqanlarına şikayət ərizəsi ilə müraciət ediblər.
Aşağıda imza edən sahibkarların şikayət ərizəsinin əsas məğzini sizlərə çatdırırıq:
"Cənab Prezident! Biz C.Cabbarlı meydanındakı piyada keçidində yerləşən mağazalarımızın mülkiyyətimizə verilməsinə və həmin ticarət obyektlərinin özəlləşdirilməsi bəhanəsi ilə Məmmədovların bizdən 2009-cu ildə hər birimizdən aldıqları 50-60 min ABŞ dolları məbləğində pulların bizə qaytarılmasına, yaxud mülkiyyət ilə (yəni mağaza) əvəzlənməsinə prokurorluq orqanlarında baxılmasına və Namiq Məmmədovun bu kimi işlərdən kənarlaşdırılması üçün köməklik etməyinizi sizdən xahiş edirik."("carciTV”)


Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













