"Duma": İran son 30 ildə ilk dəfə Azərbaycanın tərəfini tutdu

Vladimir Putin çoxları üçün gözlənilmədən ən azı bu ilin 27 sentyabrına qədər özünü postsovet məkanında (Mixeil Saakaşvili və Petro Poroşenkodan sonra) rusofobik zərərvericisi kimi aparan “soros uşağı” Nikol Paşinyanı himayəsinə götürdü. Çoxları belə düşünür ki, qərbpərəst Paşinyanın 6 həftəlik müharibədəki biabırçı məğlubiyyətdən sonra Rusiya asanlıqla onun istefasına nail olacaq. Amma Putin bütün proqnozları alt-üst etdi. Yumşaq desək, Putin Paşinyanı bağışladı.

2,5 illik hakimiyyəti dövründə (2018-ci ilin mayından) Paşinyan Rusiya ilə münasibətləri tamamilə korladı. Baxmayaraq ki, Saakaşvili və Poroşenko kimi münasibətləri tamamilə pozmadı. “Corc Sorosun ermənisi” olaraq rəhbərlik etdiyi məxməri inqilabın köməyi ilə Paşinyanın karyera yüksəlişi başladı. Və qısa zaman sonra dövlət başçısı oldu. Rəhbərlik etdiyi “Mənim addımım” partiyası isə parlamentdə əksər yerləri qazandı. Və bununla da tərəfdarlarına yaxşıca gün ağlamış oldu. Bir az sonra Paşinyan Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AEİ) “könüllü deyil, istər-istəməz” qoşuldu və Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə bir növ “natiq-dinləyici” formatını yaratmış oldu.

Amma Paşinyan Moskvanın dostu olan, keçmiş prezident Robert Köçəryana qarşı etdiyi siyasi repressiyalarla Kreml ilə münasibətləri xeyli korladı. Nəticə etibarı ilə Köçəryanın erməni xalqı qarşısında xidmətləri Paşinyandan daha çox idi. Qeyd edək ki, o, 1998-2008-ci illərdə Ermənistanın prezidenti olmuşdu. Belə bir adamı Paşinyan bir-neçə dəfə barmaqlıqlar arxasına göndərmək istədi. Ancaq erməni ədliyyə sistemi Köçəryanı üç dəfə həbsxanaya göndərməkdən imtina etdi.

Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi, Moskvanın adamı sayılan general Yuri Xaçaturovu geri çağıraraq onu xeyli incitdi. Ordunun keçmiş baş qərargah rəisinə qarşı uydurma ittihamlar irəli sürüldü və onun məhkəməsi də Köçəryan məhkəməsi kimi nəticəsiz başa çatdı. Paşinyanın bütün bu hərəkətləri həqiqi dövlət adamının iradəsi kimi deyil, daha çox fərdi intiqam təsiri bağışlayırdı.

Rusiya mətbuatının verdiyi məlumata görə, bu il Ermənistanın Müdafiə Nazirliyində Moskvada təhsil almış zabitlərin kütləvi şəkildə işdən çıxarılması baş verdi. Beləliklə, erməni hərbçilərinin Moskva ilə əlaqəsi kəsildi və iki ölkə arasındakı kəşfiyyat sahəsindəki bütün əlaqələr məhdudlaşdırıldı. Və bütün bunlar Ermənistan baş nazirinin istəyi ilə oldu. Bu azmış kimi üç kəşfiyyat lideri dəyişdirildi və onların yerinə heç bir hərbi səriştəsi olmayan adamlar təyin edildi. Bu isə tamamilə Qərbdən gələn siyasi təyinat idi. Beləcə Ermənistanda anti-Rusiya ritorikası böyüyürdü və milli təkəbbürlə keçirdi. Dağlıq Qarabağın bəzi “liderləri”ndən isə “ruslara qəti ehtiyacımız yoxdur, onlarsız Bakıya gedəcəyik” kimi bəyanatlar eşidilirdi.

Bəlkə də Rusiya ilə Ermənistan arasındakı əvvəlki hərbi ittifaq Paşinyana ikitərəfli münasibətləri tamamilə dağıtmağa imkan vermədi.

İndi isə hər şey dəyişib. Daha əvvəlki kimi anti-Rusiya açıqlamalar verilmir və Rusiyanın iqtisadi maraqlarına zərər verən təkliflər dinlənilmir.Paşinyan artıq Ermənistanın Aİİ-dən çıxmasından danışmır. Moskvada ona münasibət, yumşaq desək, Rusiya mediasında yazdıqları kimi birmənalı deyil. Siyasi səbatsızlığı, təkəbbürü, hamını döymək istəyi, ABŞ və NATO sevgis ilə Nikol Paşinyan kifayət qədər özünü gözdən salıb.

Paşinyanın səhvləri o yerə çatdı ki, nəinki Rusiya, hətta İran son 30 ildə ilk dəfə Qarabağ münaqişəsində Azərbaycanın tərəfini tutdu. Baxmayaraq ki, Tehran Moskvadan sonra İrəvanın ikinci iqtisadi tərəfdaşı sayılır.

Beləcə, Paşinyan Ermənistanın Rusiya və İranla olan bütün körpülərini yandırdı. Amma indiki vəziyyətdə Moskva üçün, elə Tehran üçün də Pşinyandan sərfəli namizəd yoxdur. Ona görə də Paşinyanın yaxın vaxtlarda istefaya gedəcəyi inandırıcı görünmür.

“Duma” (Bolqarıstan) qəzeti, 25 noyabr 2020.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Son xəbərlər

Əzizə Ağahüseynqızı : Bu dünyanın baldan şirin balıdı - FOTOLAR

"Söz Divanəsi”nin Müdrik Yaşı: Tapdıq Əlibəyli – 65

Ömrün ən gözəl redaktəsi – İnsanlıq - FOTO

Çimərliklərə gedənlərə - Çağırış

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - FOTOLAR

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

İyunun 21-i Beynəlxalq Yoqa Günüdür

Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib

Pikassonun oğurlanmış tablosu tapıldı

Külək, yağış, dolu...

Azərbaycana yay gəldi

Prezident qəbul keçirdi - Fotolar

40 yaşlı Noyer dünya çempionatlarında ən çox oyun keçirən qapıçı titutuluna yiyələnib

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb

"Hudutsuz sevda"nın "bacı-qardaşı" nişanlandı - FOTOLAR

Türkiyədə tur avtobusu aşdı - Ölən və xəsarət alanlar var

HƏSƏNXAN ƏSƏDOV : Xatırlasan özün gəl - FOTO

Tramp: Atəşkəs dövründəki60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq

CÜMŞÜD AYDƏMİR : Dünyanı qoruyaq - FOTO

Melonidən Trampa yeni mesaj: Sizə öz populyarlığınıza diqqət yetirməyi məsləhət görürəm

Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib

ADPU-nun müəllimi vəfat etdi

ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Məlahət Behbudqızı : Sənli xəyallarla yaşayır qəlbim - FOTO

Ağstafaya dolu düşdü

"Azəriqaz"da yeni struktur yaradıldı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930