Putin Paşinyana yerini göstərir - ŞƏRH
Rusiya Prezidentinin Ermənistanın Baş naziri Nikol Paşinyana etibar edib-etmədiyi haqqında dəqiq nəsə deyə bilmərəm. Ancaq bir məsələ hamıya aydındır ki, iki ölkə arasında münasibətlər beynəlxalq hüququn iki subyekti və dövləti arasında bərabər hüquqlu münasibətlərə əsaslanmır. Bu vassal və ağa münasibətləridir.

Bunu Oxu.Az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov deyib.

O deyib ki, Ermənistan son 28 ildə yeritdiyi xarici siyasəti ilə özünü vassal vəziyyətinə salıb.

“Paşinyan müəyyən gündəliklə, eyni zamanda xarici siyasətlə bağlı yenilik vədləri ilə hakimiyyətə gəlib. Zaman keçir, ancaq elə bu ölkənin siyasəti ilə formalaşmış paradiqmalardan çıxa bilmir. Bu yaxınlarda xaricdə tədbirlərdən birində bir erməni ekspert Ermənistan-Rusiya münasibətlərini təsvir etdi. O, Ermənistanı suyun altında olan sualtı qayığa bənzətdi. Dedi ki, çıxmağa çalışsa boğulacaq”,-deyə F.Çıraqov bildirib.

Politoloq vurğulayıb ki, N.Paşinyanın verdiyi vədləri yerinə yetirməsi alınmır.

F.Çıraqov bunun səbəblərindən də söz açıb.

“Paşinyanın ətrafındakı qüvvələr təzyiq edir. Belə bir məqamda isə Paşinyana maliyyə lazımdır. Bunun üçün Qərbə yaxınlaşmaq vacibdir. Beləcə qapalı bir dövrə əmələ gəlib. Rusiya Prezidentinin Ermənistanın eks-prezidenti Robert Koçaryanı ad günü münasibəti ilə təbrik etməsi Paşinyana mesajdır. Eyni zamanda Rusiya lideri Vladimir Putinin Yerevana gözlənilən səfəri zamanı Paşinyanla görüşməyəcəyi kimi xəbərlər Ermənistan Baş nazirinə onun yerini göstərməsidir”.

Qeyd edək ki, bu ilin sentyabrın 30-u, oktyabrın 1-də Yerevanda Avrasiya İqtisadi Birliyinin Ali Şurasının, yəni birliyə üzv olan ölkələrin dövlət və hökumət başçılarının toplantısı planlaşdırılır.

Ermənistan mətbuatı isə yazıb ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə saatlıq Ermənistana gedəcək.

Bildirilir ki, o, Yerevanda qalmaq niyyətində deyil və yalnız Avrasiya İqtisadi İttifaqının toplantısına qatılacaq. Bundan sonra isə Ermənistanı tərk edəcək.

“Ermənistan tərəfi ikitərəfli görüşlə bağlı xahiş etsələr də, Rusiya tərəfi Baş nazir Nikol Paşinyanın bu istəyini rədd edib”, - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edib

SEPAH ABŞ və İsrailə məxsus gəmini vurduğunu açıqlayıb

Tanınmış cərrah 44 yaşda vəfat etdi — FOTO

5 yaşlı uşaq su anbarına düşüb öldü

Millimiz AÇ-nin 1/4 finalında

101 yaşı var, hələ də maşın sürüb sevgi romanları oxuyur

Tramp İranla danışıqların uzanmasından narazıdır

Astara kəndlərində işığın verilməsində fasilə olacaq

Tramp Ankaraya gedəcək

Yunanıstan millisinin keçmiş müdafiəçisi vəfat etdi

40 yaşlı Luka Modriç Xorvatiyanın dünya çempionatı heyətinə daxil edilib

Rusiya Ermənistandan meyvə və üzüm idxalına məhdudiyyət qoyur

“Hizbullah” İsraillə atəşkəsi təsdiqlədi

Media: Aİ üçüncü ölkələrdə deportasiya mərkəzlərinin yaradılmasına razılıq verib

Türkiyə millisi Şimali Makedoniyanı darmadağın etdi

Bu həftə ehtiyatlı olun! - Xəbərdarlıq

"Kuruluş Osman"ın aktyoru yeni serialda

"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO

Mövqesiz insanlar , izsiz yaşayanlardır.

Gələn mövsüm onu “Kızılcık Şerbeti”ndə görməyəcəyik

Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar

Cəlilabadda milli-ədəbi layihə

AYNUR ZEYNALLI İNSANLARIN QƏLBİNDƏ TAXT QURUB - FOTOLAR

Enerji Əməkdaşlığı üzrə Bakı Bəyannaməsi qəbul ediləcək

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinə qəbul başlayıb

Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək

İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930