Avropa İttifaqı (Aİ) deportasiyaların sayını artırmaq məqsədilə üçüncü ölkələrdə deportasiya mərkəzlərinin yaradılması və sığınacaq qaydalarının sərtləşdirilməsi barədə razılığa gəlib.

AZƏRTAC Almaniya mediasına istinadla xəbər verir ki, razılaşma Avropa Parlamenti və üzv dövlətlərin hökumətlərinin nümayəndələri arasında aparılan müzakirələr nəticəsində əldə olunub. Qaydalar əsasən sığınacaq müraciəti rədd edilən və Aİ ərazisini könüllü tərk etməyən şəxslərin gələcəkdə İttifaq məkanından kənarda yerləşən xüsusi mərkəzlərə göndərilməsini nəzərdə tutur. Həmin mərkəzlərdə onların mənşə ölkələrinə deportasiyası təşkil olunacaq. Razılaşmaya görə, müşayiətsiz azyaşlılar bu tədbirdən kənarda saxlanılacaq. Lakin uşaqlı ailələr üçün istisna olmayacaq. Deportasiya mərkəzlərinə ev sahibliyi edən tərəfdaş ölkələrə maliyyə dəstəyi və ya viza sahəsində güzəştlər təqdim edilə bilər.

Yeni qaydalar deportasiya qərarlarının icrasından yayınan şəxslərə qarşı sanksiyaların da sərtləşdirilməsini nəzərdə tutur. Belə hallarda sosial ödənişlərin dayandırılması, səyahət sənədlərinin müsadirəsi və deportasiya məqsədilə saxlanılma tədbirləri tətbiq oluna bilər. Saxlanma müddəti adi hallarda 24 aya, xüsusi hallarda isə 30 aya qədər uzadıla bilər.

Məlumata görə, Almaniya da daxil olmaqla bir sıra Aİ ölkələri artıq potensial tərəfdaş dövlətlərlə danışıqlara başlayıb. Deportasiya mərkəzlərinin hansı ölkələrdə yaradılacağı hələlik açıqlanmayıb.

Yeni qaydaların qüvvəyə minməsi üçün sənədin Avropa Parlamenti və Aİ Şurası tərəfindən təsdiqlənməsi tələb olunur. Bu prosedur isə adətən formal xarakter daşıyır.

Qeyd edək ki, son illərdə Aİ-yə qeyri-qanuni miqrasiya axınında və sığınacaq müraciətlərinin sayında azalma müşahidə olunur. Statistikaya əsasən, 2025-ci ildə Aİ-də ölkəni tərk etməli olan miqrantların təxminən 28 faizi faktiki olaraq geri qaytarılıb.

Son xəbərlər

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31