Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan bildirilib ki, Günəş fəallığı zəif olub, çox az sayda alışma qeydə alınıb. Yerə təsir edə biləcək Tac Kütlə Atılmaları (TKA) və II tip radioemissiyalar müşahidə edilib. Günəş səthində 9 ləkə qrupunda 110 ləkə və tac dəlikləri müşahidə olunur. Mürəkkəb maqnit qütbləşməsinə malik ləkə qeydə alınmayıb. 2 MeV-dən böyük enerjili elektron seli orta və yüksək səviyyədə, 10 MeV-dən böyük enerjili proton seli isə S1 (23 pfu) səviyyəsinədək yüksəlib.

Günəş küləyinin maksimal sürəti 566 km/san olub. Geomaqnit sahəsi əsasən sakit və aktiv səviyyələr arasında dəyişib. İyunun 1–7 tarixləri üçün proqnoza əsasən, C sinif alışmanın başvermə ehtimalı 90 faiz, M (R1–R2) sinif alışmanın 25 faiz, X (R3) sinif alışmanın isə 5 faizdir.

Elektron selinin orta və yüksək səviyyədə, proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Mayın son günlərində baş vermiş TKA-nın təsiri ilə Günəş küləyinin yenidən normadan yüksək olacağı proqnozlaşdırılır.

Avroraların müşahidə ehtimalı yüksək geomaqnit enliklərdə 15–40 faiz, orta enliklərdə isə 1–30 faizdir.

Mənfi qütblü tac dəliyi axınları və TKA-ların təsiri ilə 2–3 iyun tarixlərində G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Son xəbərlər

Tanınmış aktyor evində ölü tapıldı

Sənubər Səhər : Yazılar mütləqdir

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Dünyanın ən gözəl sözü seçildi

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Nüsrət Quliyev-65

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31