Əlillərə qulluq edənlərin diqqətinə! — Sənəd qəbulu başladı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına əsasən, yeni təqaüd növləri kimi, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə 2019-cu il aprel ayının 1-dən etibarən aylıq 50 manat məbləğində Prezident təqaüdü təsis edilib.

Turaztv.az BiG.AZ-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələri tərəfindən həmin təqaüdlərin təyin olunması üçün vətəndaşlardan sənəd qəbuluna başlanılıb.

Müvafiq qaydaya uyğun olaraq, I dərəcə əllilliyi olan şəxslərə qulluq edən şəxs Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq şəhər, rayon şöbəsinə müraciət edir.

Əgər I dərəcə əlilliyi olan şəxsin ailə üzvləri müraciət edirsə, o zaman onların qohumluq əlaqəsini təsdiq edən sənəd və təqaüd almaq barədə müraciət edən şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin ərizəsi təqdim edilir. (Ərizə I dərəcə əlilliyi olan şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notarial qaydadatəsdiq edilərək təqdim olunmalıdır.)
I dərəcə əlilliyi olan şəxsə qulluq edən, ailə üzvü olmayan şəxsmüraciət etdikdə isə patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının (yerli icra hakimiyyətinin qəyyumluq, himayəçilik komissiyası) qərarı və təqaüd almaq barədə müraciət edən şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin ərizəsi tqədim olunmalıdır.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə təqaüd, həmin uşaqların sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinətinin adına təyin edildiyi şəxslərə ödənilir. Bu zaman heç bir sənəd təqdim edilmir. (Çünki təqaüd təyin edilməsi barədə sənədlər həmin uşağa sosial müavinət təyin edilməsi üçün toplanmış sənədlərin surəti əsasında tərtib edilir)

Ailədə iki və daha artıq I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduqda onlara qulluq edən şəxsə təqaüd I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardan hər birinə görə təyin edilir və ödənilir.
Əlillərə qulluq edənlərin diqqətinə! — Sənəd qəbulu başladı

Son xəbərlər

Miqren insult riskini ikiqat artırır - Xəbərdarlıq

Rəqəmsal səyyahlara şad xəbər

Azərbaycanda yeni maliyyələşmə mexanizmi yaradılır

Gənc qız Mehmet Ali Erbili ifşa etdi - "Ona görə çölə çıxa bilmirəm"

9-cu sinif şagirdi qəfil vəfat etdi - Foto

I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır

Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığın inkişafı üçün səmərəli alətdir

Əməkdar artistin xanəndə oğlu vəfat etdi - Foto

DÇ-2026: Avstriya İordaniyanı məğlub edib

Natella Nur : AD GÜNÜ - FOTO

BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub - Foto

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Qoca çinar maşının üstünə aşdı - Fotolar

Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu - Foto

80 milyonluq yaxtasını satır

Ağstafa su kanalında kişi batıb

Aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydalar gəlir

Orqanizmdə xroniki iltihabı azaldan məhsullar

Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir

Sürücülərin çoxu bilmir: Motosikletin sükanına sarı əski bağlanıbsa, diqqətli olun

Dünən Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Mbappe Peleni geridə qoydu

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

Fransa mundiala qələbə ilə başladı

QADIN YARADAN, YAŞADAN VƏ QORUYANDIR... - FOTOLAR

NATO müdafiə sistemlərini Türkiyəyə köçürür

Cennifer ilk dəfə boşanmasından yazdı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930