
Xəbərlər
8.09.2020, 21:57
Ramiz Mehdiyev, Əbülfəs Qarayev, Səttar Mehbalıyev və Məlahət İbrahimqızı vəzifədən çıxarıldı
Ramiz Mehdiyev, Əbülfəs Qarayev, Səttar Mehbalıyev və Məlahət İbrahimqızı vəzifədən çıxarıldı
Azərbaycan Prezidenti İlham Əliyev "Prezident yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncama dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Dövlət başçısının sərəncamına əsasən keçmiş prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev və Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibindən çıxarıldı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













