“Zelenski və Putinin saziş imzalamaq üçün eyni otaqda olmasına ehtiyac yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, tərəflər sazişi başqa üsulla da imzalaya bilərlər.

Tramp iki liderin müqavilə imzalamaq üçün eyni otaqda olmasının zəruri olub-olmadığı barədə suala belə cavab verib: “Bu, vəziyyətdən asılıdır. Onların eyni otaqda olmasına ehtiyac yoxdur. Bunu başqa cür edə bilərlər. Onların eyni otaqda olması çətindir. Bunun necə edildiyinin fərqi yoxdur”.

ABŞ lideri Rusiyanın müharibəni davam etdirmək üçün böyük insan resurslarına malik olduğunu və Ukraynada ələ keçirdiyi əraziləri genişləndirdiyini dilə gətirib. O, Moskvanın müharibəni bitirmək istədiyini düşündüyünü desə də, Kiyevin də razılaşmaya hazır olmasının vacibliyini vurğulayıb.

Tramp Ukraynaya yüz milyardlarla dollar yardım göstərildiyini xatırladaraq, müharibənin uzanmasının ABŞ vergi ödəyicilərini bezdirdiyini bildirib. Onun fikrincə, Ukrayna münaqişəyə son qoymaq üçün razılaşma əldə etməlidir.

ABŞ Prezidenti ötən ay hər iki tərəfin ümumilikdə 32 min insan itirdiyini də bildirib. O, müharibənin davam etməsinin vəziyyəti daha da ağırlaşdıracağını söyləyərək danışıqların nəticə verməsinin vacibliyini qeyd edib.

Tramp, həmçinin, Rusiyanın müharibənin ilk mərhələsində Ukraynanı qısa müddətdə ələ keçirə bilməməsini hərbi səhvlərlə əlaqələndirib. O, Ukraynaya verilən “Javelin” tank əleyhinə silahlarının Rusiya qüvvələrinə qarşı istifadə edildiyini xatırladıb.

Son xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb

Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr – SİYAHI

Sürücülərin çoxunun istifadə etməyi unutduğu maşındakı 3 faydalı düymə

Heydər Əliyevin sabiq mətbuat katibi vəzifəyə təyin olundu

“Sülhə hər zamankından daha yaxınıq”

Təyyarədə 40 santimetrlik ilan tapıldı - Uçuş ləğv edildi

ÇL: "Real Madrid" qələbə qazanıb, "Bavariya" və "Arsenal" heç-heçə edib

Sənubər Səhər : Pisliklərin günahkarı kimdir? - FOTO

Soyuq havalarda bu 3 qaydaya əməl edin - Həkimdən vacib tövsiyələr

“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər

MƏKTƏBDƏ VAHİD FORMA VƏ GEYİM SƏLİQƏSİ

İNSAN MÜNASİBƏTLƏRİNDƏ SAXTAKARLIQ, SÜNİLİK VƏ BAYAĞILIQ

Alyona Əliyeva ukraynalı uşaqlarla İçərişəhəri gəzdi - FOTOLAR

BUDURMU HƏQİQƏTİN?!.

Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub - FOTO - YENİLƏNİB

Azərbaycanlı itkin ailələri ilk dəfə Avropa İttifaqında qəbul olunublar

Ərdoğan İlham Əliyevə zəng etdi

Üçtərəfli görüşə hazırlıq başlayıb

Xəyyam beşinci dəfə ata oldu

Neftçalada pambıq yığımı mövsümündə yüksək məhsuldarlıq gözlənilir - Fotolar

Leyla Əliyeva Səmərqənddə reabilitasiya mərkəzində - Fotolar

Oktyabrın 21-i Bəxtiyar Siracovun ad günüdür

Haqqın və sözün sirdaşı Səttar Qarağaclı yaradıcılığı

Kreml Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazırdır - YENİLƏNİB

Türkiyə Pakistan və daha iki ölkə ilə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam

Dövlət Statistika Komitəsinin strukturu dəyişib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031