Azərbaycanlı itkin düşmüş şəxslərin ailə üzvləri ilk dəfə Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətində qəbul olunublar.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, oktyabrın 21-də Brüsseldə keçirilən görüşdə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin üzvləri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin siyasi məsələlər üzrə müşaviri Okke Bouwman və Azərbaycanla əlaqələr üzrə koordinatoru Marco Cardinali ilə görüşüblər.

Təxminən bir saat davam edən görüşdə itkin ailələri Ermənistanın münaqişədən sonrakı dövrdə də yaxınlarının taleyi barədə heç bir məlumat təqdim etmədiyini bildiriblər.

İctimai Birliyin sədri Könül Behbudova oktyabrın 20-də azərbaycanlı itkin ailələrinin Avropa Parlamentinin qarşısındakı Lüksemburq meydanında etiraz aksiyası keçirdiklərini və bəyanat qəbul etdiklərini diqqətə çatdırıb.

O vurğulayıb ki, Ermənistan azərbaycanlı itkinlərin taleyinə görə birbaşa məsuliyyət daşıyır və kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycanla bölüşməlidir.

Könül Behbudova işğaldan azad edilmiş Azərbaycan ərazilərində indiyədək 32 kütləvi məzarlığın aşkarlandığını bildirərək, bunu böyük humanitar faciənin yalnız bir hissəsi kimi qiymətləndirib.

Görüşdə, həmçinin oktyabrın 21-də Brüsselin mərkəzi Şuman meydanında azərbaycanlı itkin ailələrinin növbəti aksiyasının keçirildiyi qeyd olunub.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin nümayəndələri yaxınlarının taleyinə aydınlıq gətirilənədək etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Azərbaycanlı itkin ailələri ilk dəfə Avropa İttifaqında qəbul olunublar

Son xəbərlər

ÇL: "Real Madrid" qələbə qazanıb, "Bavariya" və "Arsenal" heç-heçə edib

Sənubər Səhər : Pisliklərin günahkarı kimdir? - FOTO

Soyuq havalarda bu 3 qaydaya əməl edin - Həkimdən vacib tövsiyələr

“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər

MƏKTƏBDƏ VAHİD FORMA VƏ GEYİM SƏLİQƏSİ

İNSAN MÜNASİBƏTLƏRİNDƏ SAXTAKARLIQ, SÜNİLİK VƏ BAYAĞILIQ

Alyona Əliyeva ukraynalı uşaqlarla İçərişəhəri gəzdi - FOTOLAR

BUDURMU HƏQİQƏTİN?!.

Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub - FOTO - YENİLƏNİB

Azərbaycanlı itkin ailələri ilk dəfə Avropa İttifaqında qəbul olunublar

Ərdoğan İlham Əliyevə zəng etdi

Üçtərəfli görüşə hazırlıq başlayıb

Xəyyam beşinci dəfə ata oldu

Neftçalada pambıq yığımı mövsümündə yüksək məhsuldarlıq gözlənilir - Fotolar

Leyla Əliyeva Səmərqənddə reabilitasiya mərkəzində - Fotolar

Oktyabrın 21-i Bəxtiyar Siracovun ad günüdür

Haqqın və sözün sirdaşı Səttar Qarağaclı yaradıcılığı

Kreml Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazırdır - YENİLƏNİB

Türkiyə Pakistan və daha iki ölkə ilə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam

Dövlət Statistika Komitəsinin strukturu dəyişib

Mirzoyan: Rusiya dəmir yollarının konsessiyası qərb tərəfdaşlarımızda suallar doğurur

Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Aİİ hesabatı: Ermənistanın geosiyasi seçimi, daralan imkanları

Sabah rayonlarda yağış yağacaq

Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi

Yəməndə husilərin hücumları zamanı 8 nəfər ölüb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031