
Xəbərlər
21.10.2026, 17:56
Türkiyə Pakistan və daha iki ölkə ilə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə əməkdaşlığının gücləndirilməsi, birgə hərbi istehsal və müdafiə potensialının artırılmasına dair saziş imzalayıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər Dohada hərbi istehsal, texniki hazırlıq, elmi tədqiqatlar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan "Bədr Anlaşma Memorandumu"nu imzalayıblar.
Nazirlikdən bildirilib ki, saziş 4 ölkənin müdafiə sənayeləri arasında əlaqələri möhkəmləndirəcək, təhlükəsizliyin artırılması və ümumi məqsədlərə nail olunması məqsədilə əməkdaşlığı fəallaşdıracaq.
Türkiyənin Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün bildirib ki, memorandum strateji əməkdaşlıq üçün, o cümlədən birgə istehsal və texnologiyaların inkişafı sahəsində əsas yaradır: "Texnologiya mübadiləsi və yerli istehsal güclərinin möhkəmləndirilməsi dayanıqlı müdafiə sənayesinin əsasını təşkil edir".
O, sənədin Türkiyə, Qətər, Pakistan və İndoneziyanın imkanlarını birləşdirməyə və onları konkret birgə layihələrdə reallaşdırmağa imkan verəcəyinə əminliyini ifadə edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
