"İncə fikirlər" layihəsinin növbəti qonağı əzizimiz Qurban Abbasov adına Mədəniyyət Sarayının bədii rəhbəri,mədəniyyət xadimi,
peşəkar aparıcı və bədii qiraətçi Bəhiyyə xanım Nağıyevadır.

Bəhiyyə xanım, səs sizi yaşadır, yoxsa siz səsi?
Deyə bilərəm ki, yeniyetmə illərimdə mən səsi yaşadırdım. Amma, indi səs məni yaşadır.
Şeir səsləndirməklə yanaşı şeir yazmağı bacarırsınız?
Şeri dəyərli qələm sahibləri - şairlərimiz yazırlar mən də səsləndirirəm. Yəni mən yazmıram,qiraət edirəm.
Öz şeirləriniz olsaydı onları da səslənmə edə bilərdiniz?
Təbii ki, özüm də şeir yazsaydım, öz şeirlərim olsaydı, onları da sevə-sevə səsləndirərdim.
Sizcə hər şeiri səsləndirmək mümkündür?
Peşəkar qiraətçi hər şeiri səsləndirə bilər. Zənnimcə, əsas şeir onun ruhuna yaxın olmalıdır.
Şeiri mükəmməl səsləndirmək üçün əsas şeirin ruhudur yoxsa öz ruhunuz?
Şeiri mükəmməl şəkildə səsləndirmək üçün əsas şeirin ruhudur. O şeirə qiraətçi öz ruhunu da qatanda dinləyiciyə daha da xoş olur.
Sizcə şeiri qiraət etməyə əhval - ruhiyyənin təsiri varmı?
Bəli, əhval - ruhiyyənin təsiri var.
Neçə vaxtdır səhnədəsiniz?
Orta məktəb illərindən - on beş,on altı yaşımdan, bəlkə bir az da tez başlamışam. Bu günə qədər də səhnədəyəm.
Qiraətçi olaraq bu sahədə qəbul etmədiyiniz yeniliklər var?
Bəzən şeir ifasına yersiz qatqı qatıb, pafosla çıxış edirlər. Bəzən də qiraətə səmimiyyətsiz yanaşırlar. Bəzən də elə bil şeirlə dalaşırlar. Təəssüf ki, belələrinə də rast gəlmək olur.
İlk dəfə bu istedadı sizdə kim kəşf edib?Qiraət sahəsində ilk dəfə istedadımı orta məktəbdə ədəbiyyat müəllimim kəşf eləyib. Yadımdadır, əlimdən tutub sinifbəsinif məni gəzdirər, şeir söylədərdi və üzünü uşaqlara tutub deyərdi;-"Şeiri belə söyləyərlər"
Yaradıcı xanım olaraq ruhunuza daha çox hansı mövzular yaxın olur?
Yaradıcı insan olaraq ruhuma əsas Vətənpərvər mövzuda olan şeirlər daha yaxındır.
"İncə fikirlər" layihəsinin növbəti qonağı  bədii qiraətçi  Bəhiyyə xanım Nağıyevadır - FOTO
Atlaz Rzayi.

Son xəbərlər

Dünya bu gün bu fotolarla yadda qaldı

Ana olduqdan 9 ay sonra öldü

"İncə fikirlər" layihəsinin növbəti qonağı bədii qiraətçi Bəhiyyə xanım Nağıyevadır - FOTO

Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - Sərəncam

"Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər

Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib

Kiyevə dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı yaralanıb

Erkən diaqnozla gələcəyə ümid… - Fotolar

Pilləkəndən yıxılıb öldü

Meyxanaçı vəfat etdi

“Çox axmaqca bir seçim idi, səsim tamamilə dəyişdi” - Selena Qomezdən etiraf

Oktyabrın 20-si Zəngilan şəhəri günüdür - FOTOLAR

Sabah rayonlara yağış yağacaq

Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır

Ərinin qətlini sifariş edən qadınla bağlı qərar verildi

Azərbaycan neftinin qiyməti 2 %-ə yaxın artıb

Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib

Zəngilanın azad edilməsindən 6 il ötür

UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

Kim Çen İn komaya düşüb? - Bacısı yerinə keçə bilər

“Heç kimin inancımı sorğulamağa haqqı yoxdur”

Türkmənistan mələyi - FOTO

Pakistanın Baş Qərargah rəisi Tehrana gedir

Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” olaraq dəyişdirməyi təklif etdi

Ağ Evin bir müddət mətbuat katibi olmayacaq

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031