Xəbərlər
20.10.2026, 22:06
Ana olduqdan 9 ay sonra öldü
Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb.
"Turaztv.az" “Qafqazinfo”- ya istinadən xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbul etdikdən sonra Los-Anceles xəstəxanasına çatdırılıb. Oktyabrın 18-də Biberin keçmiş sevgilisi süni nəfəs aparatına qoşulub, lakin tezliklə ailəsi onu aparatdan ayırmaq qərarına gəlib. Ray yaxınlarının əhatəsində dünyasını dəyişib.
Onun narkotik maddə dozasını aşmasının təsadüfi olub-olmadığı hələlik məlum deyil.
Qeyd edək ki, Sahara Ray 2016-cı ildə Castin Biberlə sevgili olmasından sonra məşhurlaşmışdı. Sənətçi ilə ayrıldıqdan sonra model şəxsi həyatını gizli saxlamağa üstünlük verirdi. O, doqquz ay əvvəl ilk dəfə ana olmuşdu. Həmin vaxt Ray yeni doğulmuş qızı Snounun görüntülərini sosial şəbəkə hesabında paylaşmışdı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




