"Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verdi
Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda Türkiyə təmsilçisi "Fənərbaxça" "Slaviya"nı qəbul edib.
"Unikal" xəbər verir ki, görüş 2:2 hesablı bərabərliklə nəticələnib.
“Fənərbaxça” 2 top önə çıxsa da, son dəqiqələrdə qol buraxaraq qələbəni əldən verib.