
Xəbərlər
20.10.2026, 09:11
UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin III turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı Olimpiya Stadionunda, saat 20:45-də start götürəcək.
Matçın baş hakimi ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas olacaq.
Xatırladaq ki, "Sabah" hazırda Liqa mərhələsində 3 xalla 22-ci, eyni xala malik qonaqlar 18-ci pillədə qərarlaşıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

