Albaniyanın Dürres şəhərində keçirilmiş U-23 və gənclərin Avropa birinciliyində 9 medal qazanmış Azərbaycan ağırlıqqaldıranları ölkəyə qayıdıblar.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımız üçün təntənəli qarşılanma mərasimi keçirilib.

Yığmanın baş məşqçisi Sərdar Həsənov bildirib ki, Albaniyada keçirilən Avropa birinciliyində üç idmançı ilə təmsil olunmalarına baxmayaraq, hər birinin medal qazanması komandanın düzgün istiqamətdə çalışdığını göstərir: “Yadınızdadırsa, ötən yarışda da qeyd etmişdik ki, bizim üçün kəmiyyət deyil, keyfiyyət əsasdır. Albaniyada keçirilən yarışda bunu bir daha sübut etdik. Üç idmançı ilə yola düşdük və hər biri medal qazandı. Təbii ki, belə yarışlarda daha çox idmançı ilə təmsil olunmaq istəyirik. Lakin məşqçilər heyəti olaraq işimizi real nəticələr əsasında qururuq. Yığma komandamızın qapısı hər kəsə açıqdır. Bu gün fiziki və psixoloji cəhətdən hazır olan idmançılara şans verilir. Qarşıda bizi lisenziya xarakterli yarışlar gözləyir. Hazırlıqlarımız plan üzrə gedir”.

Avropa birinciliyinin mükafatçısı Rahilə Hüseynzadə qazandığı medalı Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr etdiyini bildirib: “Bu qələbəmi Vətən müharibəsində canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. Əsl qələbəni bizə onlar qazandırıblar. Yarış müddətində federasiyamızın prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudov da Albaniyada idilər. Onlar da bildirdilər ki, belə əlamətdar tarixdə Vətənə qələbə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik. Çox şükür ki, belə də oldu. Üstəlik, Azərbaycan ağırlıqqaldırma tarixində U23 kateqoriyasında medal qazanan ilk yerli idmançı olduğum üçün sevincliyəm”.

Digər mükafatçı Fuad Həsənov isə yarışa yüksək səviyyədə hazırlaşdıqlarını və əldə olunan nəticədə yaradılan şəraitin, eləcə də məşqçilərin əməyinin mühüm rol oynadığını söyləyib: “Əvvəlcə onu deyim ki, yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Bu uğurun təməlində bizə yaradılan şərait və məşqçilərimizin gərgin əməyi dayanır. Çalışdım ki, hər yanaşmanı uğurla tamamlayım. Yüz faizlik nəticə göstərmək bəzən çətin olur. Minimum hədəfimiz yarışdan medal gətirmək idi və sevinirəm ki, bunu bacardıq”.

Avropa birinciliyinin digər mükafatçısı Qasım İsmayılov isə komanda olaraq hər üç idmançının medal qazanmasından məmnunluğunu ifadə edib: “Yarışa üç nəfər yollanmışdıq və hər birimiz mükafat qazanmağı bacardıq. Təbii ki, daha yaxşı nəticə göstərə bilərdik. Bizim idmanda hər kiloqram önəm kəsb edir. Çıxışımı rəqiblərə görə yox, öz gücümə əsasən qiymətləndirməyə çalışıram. Çünki yarışdan-yarışa rəqiblər dəyişə bilir. Çalışıram ki, öz nəticələrimi hər yarışda yaxşılaşdırım. Məqsədimiz böyüklər arasında keçirilən yarışlarda da ölkəmizi layiqincə təmsil etməkdir”.

Son xəbərlər

Vətənə 9 medalla qayıtdılar

SABAHINIZI DÜŞÜNƏRƏK YAŞAYIN!

Qəhvənin qaraciyərə faydası: Həkim gündəlik miqdarı açıqladı

Valideynlərin bu vərdişi uşaqları telefon asılılığına sürükləyir

Həmin Arda indi haradadır? - Foto

Paytaxtda çoxmərtəbəli binada yanğın oldu - FOTOLAR

"Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verdi

Dünya bu gün bu fotolarla yadda qaldı

Ana olduqdan 9 ay sonra öldü

"İncə fikirlər" layihəsinin növbəti qonağı bədii qiraətçi Bəhiyyə xanım Nağıyevadır - FOTO

Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - Sərəncam

"Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər

Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib

Kiyevə dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı yaralanıb

Erkən diaqnozla gələcəyə ümid… - Fotolar

Pilləkəndən yıxılıb öldü

Meyxanaçı vəfat etdi

“Çox axmaqca bir seçim idi, səsim tamamilə dəyişdi” - Selena Qomezdən etiraf

Oktyabrın 20-si Zəngilan şəhəri günüdür - FOTOLAR

Sabah rayonlara yağış yağacaq

Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır

Ərinin qətlini sifariş edən qadınla bağlı qərar verildi

Azərbaycan neftinin qiyməti 2 %-ə yaxın artıb

Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib

Zəngilanın azad edilməsindən 6 il ötür

UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

Kim Çen İn komaya düşüb? - Bacısı yerinə keçə bilər

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031