Xəbərlər
21.10.2026, 01:47
Ailəsi ilə barışmaq istədiyini açıqladı
Şahzadə Harri atası, qardaşı Uilyam və kral ailəsinin digər üzvləri ilə münasibətlərini düzəltmək istədiyini açıqlayıb.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, şahzadə bu haqda “GQ” jurnalına verdiyi müsahibədə bildirib.
“Bəzi insanlar münasibətlərin düzəlməsini istəmirlər. Amma mən istəyirəm. Hazırda dünyada baş verənləri nəzərə alsaq, ən vacib məsələ barışmaqdır”, - deyə o bildirib.
Sasseks hersoqu bağışlamağı bacarmağın və keçmişi geridə qoymağın vacibliyini vurğulayıb.
“Yaralar qalır, lakin əsas məsələ baş verənlərə necə baxmağınız və onlara necə yanaşmağı seçməyinizdir”, - deyə o əlavə edib.
Qeyd edək ki, M.Markl və şahzadə Harri avqustun sonunda Britaniyaya qayıdıblar. 2018-ci ildə ailə quran cütlük kral ailəsi ilə fikir ayrılıqlarından sonra ABŞ-yə köçüb və 6 il Kaliforniyada yaşayıb. Onların 7 yaşlı Arçi adlı oğlu və 5 yaşlı Lilibet adlı qızı var.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay