Egey dənizində, Türkiyə sahillərinə yaxın yerləşən Yunanıstana məxsus Strongilo adası 5 milyon dollara satışa çıxarılıb. Təxminən 219 min kvadratmetr ərazisi, üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə seçilən ada şəxsi mülk və ya turizm layihəsi üçün potensial imkanlar vəd edir.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, On iki Ada arxipelaqına daxil olan Strongilo Arkoy adaları yaxınlığında, Lipsi adasının şimalında, Patmos və Leros adalarının ətrafında yerləşir.

Adada köhnə evin daş qalıqları və quyu var. Çimərliklərdən birinin uzunluğu təxminən 110 metrdir.

Satış elanında ada şəxsi yaşayış məkanı və ya lüks ekoturizm obyekti yaratmaq istəyən investorlar üçün əlverişli imkan kimi təqdim olunur. Bununla belə, ərazidə tikinti aparmaq üçün müvafiq icazələr və rəsmi təsdiqlər alınmalıdır. Su və elektrik təchizatının təşkili də ayrıca qiymətləndirilməlidir.

Adanın təbii quruluşu əsasən qorunub saxlanılıb. Buraya yalnız dəniz yolu ilə, şəxsi qayıq və ya su taksisi vasitəsilə çatmaq mümkündür. Yaxınlıqdakı Leros adasının Afina ilə hava əlaqəsi var.

Strongilo 2015-ci ildə Hollivud aktyoru Conni Deppin adanı 4,2 milyon avroya aldığı barədə xəbərlərlə gündəmə gəlib. Lakin onun hazırda adanın sahibi olub-olmadığı və əmlakla əlaqəsinin davam edib-etmədiyi təsdiqlənməyib.

Hazırda ada üçün elan edilən qiymət 5 milyon dollardır. Satışın Yunanıstan hökuməti tərəfindən həyata keçirildiyinə dair isə təsdiqlənmiş məlumat yoxdur.









Son xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb

Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr – SİYAHI

Sürücülərin çoxunun istifadə etməyi unutduğu maşındakı 3 faydalı düymə

Heydər Əliyevin sabiq mətbuat katibi vəzifəyə təyin olundu

“Sülhə hər zamankından daha yaxınıq”

Təyyarədə 40 santimetrlik ilan tapıldı - Uçuş ləğv edildi

ÇL: "Real Madrid" qələbə qazanıb, "Bavariya" və "Arsenal" heç-heçə edib

Sənubər Səhər : Pisliklərin günahkarı kimdir? - FOTO

Soyuq havalarda bu 3 qaydaya əməl edin - Həkimdən vacib tövsiyələr

“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər

MƏKTƏBDƏ VAHİD FORMA VƏ GEYİM SƏLİQƏSİ

İNSAN MÜNASİBƏTLƏRİNDƏ SAXTAKARLIQ, SÜNİLİK VƏ BAYAĞILIQ

Alyona Əliyeva ukraynalı uşaqlarla İçərişəhəri gəzdi - FOTOLAR

BUDURMU HƏQİQƏTİN?!.

Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub - FOTO - YENİLƏNİB

Azərbaycanlı itkin ailələri ilk dəfə Avropa İttifaqında qəbul olunublar

Ərdoğan İlham Əliyevə zəng etdi

Üçtərəfli görüşə hazırlıq başlayıb

Xəyyam beşinci dəfə ata oldu

Neftçalada pambıq yığımı mövsümündə yüksək məhsuldarlıq gözlənilir - Fotolar

Leyla Əliyeva Səmərqənddə reabilitasiya mərkəzində - Fotolar

Oktyabrın 21-i Bəxtiyar Siracovun ad günüdür

Haqqın və sözün sirdaşı Səttar Qarağaclı yaradıcılığı

Kreml Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazırdır - YENİLƏNİB

Türkiyə Pakistan və daha iki ölkə ilə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam

Dövlət Statistika Komitəsinin strukturu dəyişib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031