Azərbaycan Respublikasında kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi, aqrar sahədə istehsalın artırılması, kənd yerlərində məşğulluğun genişləndirilməsi və fermerlərin fəaliyyətinin dəstəklənməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu baxımdan, Prezident cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində aqrar istehsalın səmərəliliyinin artırılması, mövcud potensialdan daha səmərəli istifadə olunması və kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Aqrar sektorun inkişafı, fermerlərin fəaliyyətinin stimullaşdırılması və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, cari ildə Neftçala rayonunda 6735 hektar sahədə pambıq əkini aparılıb və aqrotexniki qulluq işləri həyata keçirilib.

Əkin sahələrində müvafiq aqrotexniki tədbirlər görülüb, mineral gübrələrdən istifadə olunub, suvarma işlərinin vaxtında və səmərəli təşkili istiqamətində zəruri tədbirlər həyata keçirilib. Pambıqçılıq sahəsində görülən işlər nəticəsində bol məhsul yetişdirilib və yüzlərlə rayon sakininin mövsümi məşğulluğu təmin olunub.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul əməkdaşları, Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, “PrimeCotton” MMC-nin nümayəndələri və fermerlərin iştirakı ilə pambıq sahələrinə baxış keçirilib.

Pambıq sahəsində fermerlərlə görüşən Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov fermerlərin qarşılaşdıqları çətinliklər və onların təklifləri ilə maraqlanıb. Qaldırılan məsələlər müzakirə olunub, aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verilib.

Görüşdə pambıq yığımının mütəşəkkil təşkili, prosesə nəzarətin gücləndirilməsi, gündəlik iş qrafiklərinin hazırlanması, suvarma suyundan səmərəli istifadə və fermerlər arasında ədalətli yanaşmanın təmin edilməsi məsələləri diqqət mərkəzində saxlanılıb.

Rayon İcra Hakimiyyətinin başçısı pambıqçılıqda məhsuldarlığın artırılmasının vacibliyini vurğulayaraq məhsuldarlığın hər hektar üzrə 50 sentnerə çatdırılması hədəfinin fermerlərlə müzakirə olunduğunu qeyd edib. Həmçinin defoliasiya işləri başa çatdıqdan sonra pambıqyığan kombaynların sahələrə çıxışının və kütləvi yığımın başlanmasının vaxtında təmin edilməsi, yığım prosesinin operativ və itkisiz təşkili məqsədilə bütün zəruri texnika və mexanizmlərin hazır vəziyyətə gətirilməsi ilə bağlı tapşırıqlar verib.

Qeyd olunub ki, pambıqçılıq sahəsində məhsuldarlığın yüksəldilməsi, texnikadan səmərəli istifadə və suvarma işlərinin düzgün təşkili aqrar istehsalın səmərəliliyinin artırılmasına, fermerlərin gəlirlərinin yüksəldilməsinə və kənd yerlərində məşğulluğun davamlılığının təmin olunmasına xidmət edir. Bu istiqamətlər kənd təsərrüfatının inkişafına dair dövlət siyasətinin əsas məqsədlərindən biridir.

Fermerlər kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğıya, onların fəaliyyəti üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Hazırda Neftçala rayonunda pambıq yığımına 34 pambıqyığan kombayn və 400 nəfərə yaxın işçi qüvvəsi cəlb olunub. İndiyədək rayon üzrə 8133 ton pambıq yığılıb.

Rayonda pambıq yığımının vaxtında, mütəşəkkil və itkisiz başa çatdırılması, məhsuldarlığın artırılması və fermerlərin fəaliyyətinin dəstəklənməsi istiqamətində tədbirlər davam etdirilir.


Son xəbərlər

ÇL: "Real Madrid" qələbə qazanıb, "Bavariya" və "Arsenal" heç-heçə edib

Sənubər Səhər : Pisliklərin günahkarı kimdir? - FOTO

Soyuq havalarda bu 3 qaydaya əməl edin - Həkimdən vacib tövsiyələr

“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər

MƏKTƏBDƏ VAHİD FORMA VƏ GEYİM SƏLİQƏSİ

İNSAN MÜNASİBƏTLƏRİNDƏ SAXTAKARLIQ, SÜNİLİK VƏ BAYAĞILIQ

Alyona Əliyeva ukraynalı uşaqlarla İçərişəhəri gəzdi - FOTOLAR

BUDURMU HƏQİQƏTİN?!.

Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub - FOTO - YENİLƏNİB

Azərbaycanlı itkin ailələri ilk dəfə Avropa İttifaqında qəbul olunublar

Ərdoğan İlham Əliyevə zəng etdi

Üçtərəfli görüşə hazırlıq başlayıb

Xəyyam beşinci dəfə ata oldu

Neftçalada pambıq yığımı mövsümündə yüksək məhsuldarlıq gözlənilir - Fotolar

Leyla Əliyeva Səmərqənddə reabilitasiya mərkəzində - Fotolar

Oktyabrın 21-i Bəxtiyar Siracovun ad günüdür

Haqqın və sözün sirdaşı Səttar Qarağaclı yaradıcılığı

Kreml Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazırdır - YENİLƏNİB

Türkiyə Pakistan və daha iki ölkə ilə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam

Dövlət Statistika Komitəsinin strukturu dəyişib

Mirzoyan: Rusiya dəmir yollarının konsessiyası qərb tərəfdaşlarımızda suallar doğurur

Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Aİİ hesabatı: Ermənistanın geosiyasi seçimi, daralan imkanları

Sabah rayonlarda yağış yağacaq

Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi

Yəməndə husilərin hücumları zamanı 8 nəfər ölüb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031