
Xəbərlər
21.10.2026, 16:07
Mirzoyan: Rusiya dəmir yollarının konsessiyası qərb tərəfdaşlarımızda suallar doğurur

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin dəmir yollarının gələcəyi ilə bağlı məsələni həll etmək üçün Ermənistan-Rusiya komissiyasının işinin yekunlarını gözləməyin zəruri olduğunu bildirib.
Bu barədə "Sputnik-Ermənistan" məlumat yayıb.
Nazirin sözlərinə görə, Ermənistanda dəmir yollarının modernləşdirilməsinə ehtiyac var. Ermənistanın bu dəmir yolundan istifadə etmək istəyən, lakin sanksiyalarla bağlı amillər də daxil olmaqla, bir sıra səbəblərdən məhdudiyyətlərlə üzləşən Qərb tərəfdaşları var.
"Onlar görürlər ki, dəmir yolunun bir hissəsi (TRIPP sahəsi istisna olmaqla – red.) Cənubi Qafqaz Dəmir Yollarının konsessiya idarəçiliyindədir. Burada suallar yaranır... Bizim böyük Orta Dəhlizin və ya Transxəzər, yeni İpək Yolunun əsas qovşağı olmaq üçün tarixi fürsətimiz var. Məgər bizim belə bir fürsəti itirməyə haqqımız varmı?" – Mirzoyan bildirib.
O qeyd edib ki, Rusiya Dəmir Yollarının nümayəndələri ilə mövcud suallara üç ay ərzində cavab tapılması barədə razılıq əldə olunub.
"Gözləyək, görək. Ermənistanlı və rusiyalı tərəfdaşlara işçi qrupu çərçivəsində həll yolları tapmağa imkan verək. Ümid edirəm ki, tapacaqlar", – o deyib.
Qeyd edək ki, oktyabrın 15-də Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan dəmir yolunun səmərəli konsessiya idarəçiliyi məsələlərini həll etmək üçün Rusiya Dəmir Yolları şirkəti ilə birgə işçi qrupunun yaradılması haqqında qərar imzalayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
