Rəsmi Kiyevə çatmayan 102 milyard dollar – Ukraynanın ABŞ-nin de-fakto ştatı olmaq şansı - TƏHLİL


Prezident Donald Tramp və administrasiyası bir sıra beynəlxalq hadisələrə ABŞ-nin yeni münasibətini açıqlayır.

Qərblə Şərqin, başqa sözlə, Vaşinqtonla Moskvanın maraqlarının toqquşduğu məsələlərdən biri də Rusiyanın Ukraynada apardığı müharibədir. Bu hərbi qarşıdurma nəticəsində ən çox itirən ikinci tərəfdir. Bu, ərazi və dinc sakinlərin itkisi, vətəndaşların qaçqın düşməsindən də müşahidə olunur.

“Forbes”in məlumatına görə, Ukrayna nadir mineral ehtiyatlar olan ərazisinin böyük bir hissəsini itirib. 2023-cü ilin aprelində Ukraynanın nadir metal ehtiyatlarının ümumi dəyəri 15 trilyon dollar qiymətləndirilib. Bundan başqa, əmanətlərin 70 faizdən çoxu Rusiyanın ilhaq etdiyi Donetsk və Luqansk, eləcə də cəbhə xəttinə yaxında yerləşən Dnepropetrovsk vilayətindədir.

Bildirilib ki, smartfonlardan tutmuş elektromobillərə qədər yüksək texnologiyalı cihazların istehsalı üçün əsas komponentlərdən biri olan titan və litiumun Avropada ən böyük ehtiyatları da Ukrayna ərazisində yerləşir.

“Bild”in yaydığı məlumata görə, Donald Tramp ABŞ-nin yardımı qarşılığında Ukraynadan nadir metalları istəyir. Ukraynanın ümumilikdə 6,7 milyard avro dəyərində litium, kobalt, titan və başqa nadir filiz ehtiyatları var. Tramp administrasiyası Kiyevlə bu metalların ABŞ-yə tədarükünü təmin edən müqavilə bağlamaq niyyətindədir. O, Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib: “Onlara verdiklərimizin qarşılığında bunu istəyirik”.
Rəsmi Kiyevə çatmayan 102 milyard dollar – Ukraynanın ABŞ-nin de-fakto ştatı olmaq şansı - TƏHLİL

 
Volodimir Zelenski və Donald Tramp

“Financial times”ın yazdığına görə, rəsmi Kiyev Donald Trampa əsas təbii ehtiyatlar üzrə əməkdaşlıq üçün “xüsusi şərait” təklif edib: “Əlbəttə, biz Amerika ilə işləməyə hazırıq”. Bununla yanaşı, Ukrayna hakimiyyəti ölkənin təbii ehtiyatlarının Rusiya və İrandan müdafiəsinin vacibliyini vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Trampın nadir torpaq metalları ilə bağlı sözlərinə hələ ki cavab verməyib.

Ukrayna belə böyük itkilərin ağır nəticələrini aradan qaldıra, ilhaq və işğal edilmiş torpaqları azad edə biləcəkmi? Ukrayna Rusiya ilə danışıqlara deyil, müharibə variantına niyə üstünlük verib? Beynəlxalq dəstəyi var idi?

Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşüb, müharibəni dayandırmaq niyyətində olduğunu bildirib.
Rəsmi Kiyevə çatmayan 102 milyard dollar – Ukraynanın ABŞ-nin de-fakto ştatı olmaq şansı - TƏHLİL

Fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin üç il tamam olacaq. Bu müddət ərzində Ukraynanın uğuru işğal olunan Xerson şəhərinin azad edilməsi və RF-nin Kursk vilayətinə girməkdir.

Ərazilərin azad edilməsi, qaçqınların qayıtması və başqa bu kimi məsələlər baxımından Ukraynanın elə ciddi uğuru hiss olunmur. Düzdür, Rusiyanın da uğurlarını davamlı saymaq məntiqli deyil. Çünki onun qoşunlarının sıralarında başqa dövlətlərin, o cümlədən Şimali Koreya əsgərlərinin döyüşdüyü müşahidə olunub. Bu o deməkdir ki, onun canlı qüvvə baxımından ciddi problemi var. Bu isə perspektivdə tutduğu əraziləri əldə saxlamağın RF-yə elə də asan başa gəlməyəcəyini ehtimal etməyə əsas verir. Başqa sözlə, onun müharibəni davam etdirmək üçün resurslarının kifayət etməyəcəyi də istisna olunmur. Bunun üçün, ilk növbədə, Ukraynaya yardım başlıca amil sayılır. Ştatların müharibə zamanı Kiyevə etdiyi yardımlarla bağlı müxtəlif rəqəmlər səslənir.

Volodimir Zelenski bu məsələyə aydınlıq gətirərək bildirib: “Biz ABŞ-nin vəd etdiyi 177 milyard dolların 75 milyardını almışıq. Bəziləri guya Ukraynanın Ştatlardan ordunun dəstəklənməsi üçün 200 milyard dollar aldığını iddia edir. Bu, həqiqətə uyğun deyil. Mən qalan pulların hara xərcləndiyini bilmirəm”.

Bəs Ukraynaya Rusiya üzərində qələbə çalmaq üçün ayrılan maliyyə vəsaiti hara xərclənib?

Tramp bəyan edib ki, sələfi (özündən əvvəlki prezident Cozef Bayden - red.) Avropa ölkələrindən Ukraynaya ayrılan maliyyənin artırılmasını tələb etməyib, sadəcə olaraq ABŞ vergi ödəyicilərinin pullarını paylayıb: “Biz Ukraynaya az qala 300 milyard dollar yardım etdik, Avropa isə 200 milyard dollardan daha az verib. Niyə? Çünki Bayden onlardan heç vaxt pul istəməyib, sadəcə pulumuzu paylayıb”.
Rəsmi Kiyevə çatmayan 102 milyard dollar – Ukraynanın ABŞ-nin de-fakto ştatı olmaq şansı - TƏHLİL

Cozef Bayden vitse-prezident olduğu dövrdə Ukraynada Rusiya təsirinin qarşısını almağa, korrupsiyanın kökünü kəsməyə çalışanlardan sayılırdı. Ancaq oğlu Hanterin Ukraynanın təbii qaz şirkətində işə başlaması ilə müxtəlif qanun pozuntularının baş verməsi halları üzə çıxıb. Məlumata görə, Hanter Bayden 2014-cü ildə “Burisma Holding”in idarə heyətinin üzvü elan edilib. Şirkətin təsisçisi 2014-cü ildə kütləvi nümayişlər nəticəsində hakimiyyətdən devrilmiş Rusiya tərəfdarı prezident Viktor Yanukoviçin siyasi müttəfiqi olub.

Onda Hanterin müəssisəsi Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasında təbii qaz hasilatı ilə bağlı əməliyyatlar aparıb.

Donald Tramp və V.Zelenskinin hakimiyyətə gəlişləri ilə Bayden ailəsinin Ukraynadakı qara biznesi ifşa olunub.

Bu günlərdə Baydenin lideri olduğu Demokrat Partiyasından senator Nyu-Cersi ştatının keçmiş senatoru Bob Menendez korrupsiyada, Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləməkdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum olunub.
Rəsmi Kiyevə çatmayan 102 milyard dollar – Ukraynanın ABŞ-nin de-fakto ştatı olmaq şansı - TƏHLİL

 
Bob Menendez

Xatırladaq ki, B.Menendez rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə edilib. Qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Menendez uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub.

Cozef Bayden də erməni lobbisinin parlaq nümayəndəsidir. Belə görünür ki, demokratların sırasında ermənilərə lobbiçilik edənlər daha çox fırıldaqla məşğul olublar. Ukrayna üçün ayrılan maliyyə vəsaitinin “qeyb” olmasının da başlıca baiskarı Cozef Bayden sayılır.

Prezidentliyinin son günlərində o, iki məhkəmə işi üzrə oğlu Hanteri əfv etmək qərarına gəlib. Hanter Bayden 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. Donald Tramp Hanter Baydenin əfvi ilə bağlı sələfinin sərəncamını ləğv edib.

Ukraynanın müharibədə uduzma səbəblərindən biri və başlıcası maliyyə çatışmazlığıdır. Çünki Zelenskinin, az qala, hər çıxışında yardım istəməsi təsadüfi deyil.

Hadisələr göstərir ki, Cozef Bayden hakimiyyətinin etdiyi “yardımlar”la Ukrayna torpaqlarını ilhaq və işğaldan azad edə bilməz.

 
Rəsmi Kiyevə çatmayan 102 milyard dollar – Ukraynanın ABŞ-nin de-fakto ştatı olmaq şansı - TƏHLİL

Marko Rubio

ABŞ-nin dövlət katibi Marko Rubionun da açıqlamasından bu qənaətə gəlmək mümkündür. O deyib ki, Ukraynanın mövcudluğu təhlükə altındadır: “Sənaye və energetika sahəsi dağıdılıb, çoxlu sayda insan ölkəni tərk edib və heç vaxt evlərinə qayıtmayacaq. Ukraynanın bərpası xərclərini kimin ödəyəcəyi məlum deyil. Bayden administrasiyası Ukraynanı Rusiyanı məğlub edib hər şeyi 2012-ci il vəziyyətinə qaytara biləcəklərini düşünərək yanıltdı”.

Ona görə də Donald Tramp həmkarı Vladimir Putinlə danışıqları önə çəkir. Kremldən isə bildirilib ki, danışıqlara başlamaq üçün Volodimir Zelenskinin legitimliyi, onun Moskva ilə danışıqların aparılmasını qadağan edən fərmanının hüquqi aspektlərini həll etmək lazımdır.

Daha sonra vurğulanıb ki, sülh nizamlanması Ukraynanın neytral, blokdan kənar nüvəsiz statusu, demilitarizasiyası və denasifikasiyası, ərazisində xarici qoşunların və bazaların yerləşdirilməməsi, müasir ərazi reallıqlarının nəzərə alınması və Ukrayna böhranının bütün səbəblərinin aradan qaldırılması barədə 2022-ci il İstanbul sənədi əsasında mümkündür.
Rəsmi Kiyevə çatmayan 102 milyard dollar – Ukraynanın ABŞ-nin de-fakto ştatı olmaq şansı - TƏHLİL
Rəsmi Kiyevə çatmayan 102 milyard dollar – Ukraynanın ABŞ-nin de-fakto ştatı olmaq şansı - TƏHLİL

 
Donald Tramp və Vladimir Putin

Ukrayna beynəlxalq səviyyədə verilən açıqlamalar, bir sıra dövlətlərin vədlərinə arxayın olaraq savaşa girişib. O da istisna deyil ki, Rusiya ilə müqayisədə Ukrayna müharibəyə hazır olmayıb. Cozef Bayden administrasiyasına arxayın olmaq isə ölkənin nadir yeraltı qazıntı yataqlarının böyük bir hissəsini itirməsi ilə nəticələnir. Habelə, Ukrayna üçün ayrılmış 102 milyard dollar məbləğində dələduzluq da Ukraynanın məğlubiyyətinə təsir edən hallardandır.

Ukraynanın nadir filiz yataqlarını ABŞ-nin nəzarətinə verməsi çıxış yolu ola bilər. Rəsmi Kiyev Trampın bu planına razılıq verərsə, onda Ukrayna de-fakto Ştatların protektorluğuna, himayəsinə keçir. Elə Tramp Putinlə bu məsələdən danışa bilər. Belə vəziyyət isə Ukraynanın ABŞ-nin qeyri-rəsmi 51-ci ştatı olması deməkdir. Onsuz da Donald Tramp ölkəsinin ərazisini böyütmək strategiyasını reallaşdırmaq istəyir...(Report)[u][/u]

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Bakıxanov qəsəbəsinin bəzi hissəsində işıq olmayacaq

Britaniyada dörd deputat Leyboristlər Partiyasından uzaqlaşdırılıb

Zelenski yeni hökumətin tərkibini açıqladı

Suriya keçid hökumətinin qüvvələri Əs-Süveyda şəhərindən çıxarılır

Alyaskada 7,2 bal gücündə zəlzələ oldu - Sunami gözlənilir

Çempionlar Liqası: “Şelburn” “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi olub

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

BMT Suriyaya görə iclas keçirəcək

Moskvada kütləvi dava - Yaralılar var

Zelenski Ukraynanın Baş naziri vəzifəsinə Yuliya Sviridenkonun namizədliyini irəli sürüb

Azərbaycan çempionu su kanalında boğulub

“Həmkarım mənə evlilik təklif edib” - FOTOLAR

“Cihan”la “Ecmel” eyni layihədə

“Real”ın futbolçusu əməliyyat olundu

Şamaxıda media nümayəndələri üçün dini ibadətgahlara mediatur təşkil olunub - FOTOLAR

İslandiyada vulkan püskürməsi nəticəsində bir kilometr uzunluğunda yarğan əmələ gəlib

Leyla Əliyeva Azərbaycanda təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin açılışında iştirak edib - FOTOLAR

Tanınmış teleaparacı qiyabi həbs olundu

“Hudutsuz sevda”nın aktyoru vəfat etdi

Ümumdünya Yay Universiadasının açılış mərasimi başlayıb

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri “Sea Breeze”də olublar - FOTOLAR

Leyla Əliyeva həmin görüşdən fotolar paylaşdı

Tramp administrasiyası İsraili Suriyaya hücumları dayandırmağa çağırıb

Səhiyyə Nazirliyi: İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 13 nəfər yaralanıb

Milli Məclisin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb

BRİLYANT QURBANOVA : İncidim- FOTO

İmamoğlu bu iş üzrə 1 il 8 ay həbs cəzası aldı

Bütün xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031