Xəbərlər
27.09.2026, 20:35
"QOŞMA ƏDƏBİ MƏCLİSİ"- də, ANIM GÜNÜ qeyd olundu - FOTOLAR
27 sentyabr Anım gününə təsadüf edən, gözəl insan, dəyərli dost, 1-ci və 2-ci Vətən müharibəsinin iştirakçısı, canlı qəhrəmanımız, ehtiyatda olan Muxtar Aslanın (Həşimov) həm 70 illik yubileyi, həm də yeni işıq üzü görmüş "Vətən həsrəti" Kitabının təqdimatı keçirildi.
Tədbirdə şairlər, mediya nümayəndələri, və müxtəlif peşə sahibləri: Raqif Nazimoğlu, Adil Cəfakeş, Sədi Yaradanqulu, Rövşən Xaləddinoğlu, Yunis Qaraxanlı, Alim Aslanoğlu, Həmzə Həqqani, Qafqaz Eyvazov, Qulu Xaləddinoğlu, Zərifə Sufi, Həqiqət Qaralıyeva, Aytəkin Mehmanqızı, Şəfiqə Məmmədova, Tahirə Əliyeva, səbəbkar mayor Muxtar Həşimov, Qoşma Ədəbi Məclisinin poeziya şöbəsinin rəhbəri Əzizə Ağahüseynqızı və mən iştirak etdik. Çox dəyərli və yaddaqalan tədbir keçdi. Hörmətli Muxtar Aslanı bir daha təbrik edir, sağlam və bərəkətli ömür arzulayırıq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











