SON DƏQİQƏ:Bağçalar bu formada işləyə bilərTəhsil İnstitutu koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən karantin rejimində tədris prosesinin necə təşkil olunması haqda təkliflər irəli sürüb.

"Turaztv.az" Azerforum.com-a və Hokm.az-a istinadən xəbər verir ki, institutun təkliflərinə görə, yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası üzrə iki ssenari barədə müzakirə aparmaq mümkündür.
1-ci ssenari tədrisin məsafədən təşkilini nəzərdə tutur. Belə ki, təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur, 2020-ci ilin mart-iyun aylarında Respublikanın təhsil müəssisələrində tətbiq edilən yanaşma davam etdirilir və tədris prosesi məsafədən həyata keçirilir.

2-ci ssenari tədrisin qarışıq (onlayn və sinif otağında) modelinin tətbiqini tutur. Burada məktəblər xüsusi şərtlər və diferensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır, məzmunun bir hissəsi məsafədən tədris edilir. Daxili sanitar-epidemioloji qaydalara ciddi nəzarət edilir və açılan məktəblərdə epidemioloji nəzarət, hərarət yoxlama, izolyasiya və s. kimi tədbirlərin həyata keçirilməsi tövsiyə edilir. Yoluxma risklərinin minimuma endirilməsi üçün məktəb günlərinin sayının, dərs saatlarının miqdarının və sinif sıxlığının azaldılması kimi tədbirlərin nəzərdən keçirilməsi qeyd edilir. O cümlədən, tənəffüs fasilələrinin müddəti uzadılaraq şagirdlərin açıq havada daha çox vaxt keçirməsi məqsədəuyğun hesab edilir. Yoluxma halları müvafiq qurumlarla əlaqələndirilmiş şəkildə nəzarətə götürülməklə təhsilalanlar kiçik qruplarda tədrisə cəlb edilməsi də tövsiyələr arasındadır. Bu ssenariyə əsasən məktəblərin fəaliyyətinin qismən bərpa olunması və ənənəvi tədris prosesinə dönüşün mərhələli şəkildə planlaşdırılması tövsiyə edilir.

Təhsil İnstitutu beynəlxalq təcrübəni qiymətləndirməklə yuxarıda qeyd edilən 2 ssenari üzrə təhsil müəssisələrindəki (özəl və dövlət) fəaliyyətin qismən və mərhələli şəkildə bərpasını təklif edir.

Məktəbəqədər təhsillə bağlı aşağıdakı təkliflər irəli sürülür:

Uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaq bağçalarının yalnız “sarı” zonalarda fəaliyyətinin bərpası məqsədəuyğun hesab edilir. Məktəbəhazırlıq qruplarında uşaqların həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb edilməsi təklif edilir. Bu halda da siniflərdə şagird sayı 20 nəfərdən çox olduqda yarımqrupların təşkil edilməsi tövsiyələr sirasında qeyd olunur. İcma əsaslı məktəbəqədər qruplara 400-ə qədər kənddə 10,000-ə qədər uşaq cəlb edilmişdir. Bu qruplar 3-4 və 4-5 yaşlı uşaqları əhatə edir və ümumi təhsil müəssisəsinin nəzdində təşkil edilir. Qruplarda uşaq sayının 10-15 nəfər olduğunu, qidalanma olmamasını və uşaqların yatmadığını nəzərə alaraq bu qrupların faəliyyətinin bərpa edilməsi təklif olunur.

Son xəbərlər

"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

Ölkə üzrə 300 mindən çox şagirdin bilikləri ilk dəfə açıq tipli sualların olduğu monitorinqlə yoxlanılacaq

NASA Mars atmosferini müşahidə etmək üçün yaradılan ilk missiyanı sona çatdırıb

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Telnaz Abıyevanın 70 illik yubileyi qeyd olunmuşdur - FOTOLAR

“Park Yasamal”da hazır 2 otaq studiya mənzillər - Ev axtaranlara şad xəbər! (FOTOLAR)

“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırdı

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi - Foto

Sabah 32 dərəcə isti olacaq

40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq

Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusu gələn il istifadəyə veriləcək

Azərbaycanda ət istehsalı ilə bağlı hədəflər açıqlanıb

Azərbaycanda bəzi qanunlar mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılır

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

Xəzər dənizində 3,9 maqnitudalı zəlzələ baş verib

Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq

Xəzərdə zəlzələ olub

Britaniyada hərbi helikopter qəzaya uğradı - Ölənlər var

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

ADİL CƏFAKEŞ : TƏKLƏNİBDİ - FOTO

Bu da “Real Madrid”in yeni forması - Fotolar

Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq

Ankara raket və qırıcılarla qorunacaq

Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb

4 il ardıcıl Olimpiada qalibi oldu, universitetə imtahansız qəbul edildi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930