“İkisi də Putinin maşasıdır” – Saakaşvilidən ŞOK AÇIQLAMA“Bütün siyasi karyeram boyu Gürcüstan və Ukraynada ABŞ-ın möhkəm müttəfiqi olmuşam. Məni demokratiyanın Putin və onun oliqarxları tərəfindən mühasirəyə alındığı bu bölgədə Amerika tərəfdarı kimi qəbul edilmişəm”.

"Turaztv.az" KONKRET.az -a istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

Saakaşvili Gürcüstandakı Bidzina İvanişvili rejiminin birbaşa Kremlin nəzarətində olduğunu, Baş nazir Georgi Qaxariyanın bu rejimin “əsas kuklası” olduğunu bildirib:

“Parlament seçkilərinə üç ay qalmış Gürcüstan yol ayrıcındadır. İllərdir aparılan sorğuların nəticəsi Gürcüstan xalqının Qərbyönümlü və xüsusilə Amerikan tərəfdarı olduğunu göstərir. Lakin Qaxariyanın başçılıq etdiyi və rus oliqarxı İvanişvilinin nəzarətində olan Gürcüstan hökuməti 2012-ci ildən bəri ardıcıl və birmənalı şəkildə nümayiş etdirdi ki, gürcü xalqının istəklərini nəzərə almadan Gürcüstanı yenidən Kremlin təsir dairəsinə sürükləyəcəklər”.

Keçmiş prezident İvanişvilinin ABŞ üçün xüsusi əhəmiyyət kəsb edən Anakliya liman layihəsinin Kremlin tapşırığı ilə məhv etdiyini bildirib:

“Bununla İvanişvili və Qaxariya birbaşa Rusiyanın maraqlarına uyğun hərəkət etdilər – Vaşinqtonun xəbərdarlıqlarına məhəl qoymadılar. Bu yalnız bir nümunədir, daha çox şey var. Amerika niyə Gürcüstandakı nüfuzunu itirir? Çünki rus oliqarxları diplomatik dili başa düşmürlər. Onlar Qərb tərəfdaşlarının diplomatik açıqlamalarına qulaq asmırlar; Qaxariya və İvanişvili yalnız Moskvaya cavab verir. Buna görə də onlarla danışmaq ABŞ üçün vaxt itkisidir”.

Saakaşvili Gürcüstan xalqının artıq baş verənləri çox yaxşı bildiyini söyləyib: “Artıq birmənalı mövqe tutmağın vaxtı gəlib. Bu seçkidə Moskvanın kuklaları yenidən qalib gəlsələr, bu, ABŞ üçün dağıdıcı zərbə olacaq”.

Keçmiş prezident Gürcüstan xalqını xarici ölkənin əlində maşa olan İvanişvili rejimi ilə mübarizəyə çağırıb.

Teleqraf.com

Son xəbərlər

ADİL CƏFAKEŞ : TƏKLƏNİBDİ - FOTO

Bürclər bu günə nə deyir?

LİLPAR CƏMŞİDQIZI : Qəzəl aləmində hər dəm nə yazır, rəvan edirsən - FOTO

Genetik saatla insanın ömrünü bilmək real ola bilər

Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçildi

XATİRƏ İSMAYILOVA : Deyəcəyəm - FOTO

“Eşref Rüya”nın aktyoru yeni serialda

TUBU İMANOVA : TALEHİN BƏD OYUNU (Hekayə) - FOTO

“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi

Zelenski Putinə açıq məktub ünvanladı

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar

"Kuruluş Osman"ın aktyoru yeni serialda - FOTO

50-dən çox rusiyalı sənətçi Azərbaycana gələcək

“Friends”in aktrisası serialı illər sonra izləyib

Tarantinodan Hollivuda ağır sözlər - “Ora artıq dadsız sosiska fabrikidir”

Çəkiliş meydançasında xəstəxanalıq oldu - Foto

Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI

Pişikləri tez-tez qucaqlamaq təhlükəlidir - Mütəxəssis

Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik edib

"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

Ölkə üzrə 300 mindən çox şagirdin bilikləri ilk dəfə açıq tipli sualların olduğu monitorinqlə yoxlanılacaq

NASA Mars atmosferini müşahidə etmək üçün yaradılan ilk missiyanı sona çatdırıb

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Telnaz Abıyevanın 70 illik yubileyi qeyd olunmuşdur - FOTOLAR

“Park Yasamal”da hazır 2 otaq studiya mənzillər - Ev axtaranlara şad xəbər! (FOTOLAR)

“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırdı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930