Xəbərlər
30.01.2026, 00:02
ƏZİZƏ AĞAHÜSEYNQIZI : SƏN VƏTƏN ÇİÇƏYİ - FOTO
Xocalı batalyonunun cəsur döyüşçüsü
Familə Fərmanlının əziz xatirəsinə..
Familə Fərmanlının əziz xatirəsinə..
Nərgizlər açanda köçdün dünyadan,
Məqamın, məramın göynətdi məni.
Bir igid qızıydın elin, obanın,
Kövrək bayatıyla oxşadım səni.
Sən Vətən çiçəyi, ətirli nərgiz,
Qeyrətin, mərdliyin aləmə bəlli.
Əyninə geydiyin əsgər libası,
Böyük bir ölkənin taleyi, həlli.
Zərif yaransan da əzəl binadan,
Son andın qeyrətli bir ər andıdır.
Əcdadın Tomrisdir, bunu bilirəm,
Əməlin Nüşabə, Həcər andırır.
Ağrılı, acılı səngər həyatın,
Kövrək ürəyimi göynədir nədən?
Ey əsgər libaslı Azəri qızı,
Sənsən torpaq üstə qurban tək gedən.
Qarabağ yarası ağrın, göz yaşın,
Zəngilan, Qubadlı sinə dağındır.
Cəbrayıl, Füzuli, Laçın, Kəlbəcər,
Şuşa kədərindi, qəmli ağındır.
Dözmədin yağının xəyanətinə,
Döyüş yoldaşların, ən doğma kəsin.
İntiqam! Söyləyib atıldın önə,
Susdurdun düşmənin pulemyot səsin.
A çəmən çiçəyi, a dağ laləsi,
Nərgizlər açanda solub gedirsən.
Ömrün payızıdır, fəsilin qışı,
Payız buludu tək dolub gedirsən.
Şeirimin mələyi, igid Familə,
Bamsı Beyrəklərin qız qardaşısan.
Sən köçüb getsən də son mənzilinə,
Nəşinlə Vətənin bir parçasısan.
Məqamın, məramın göynətdi məni.
Bir igid qızıydın elin, obanın,
Kövrək bayatıyla oxşadım səni.
Sən Vətən çiçəyi, ətirli nərgiz,
Qeyrətin, mərdliyin aləmə bəlli.
Əyninə geydiyin əsgər libası,
Böyük bir ölkənin taleyi, həlli.
Zərif yaransan da əzəl binadan,
Son andın qeyrətli bir ər andıdır.
Əcdadın Tomrisdir, bunu bilirəm,
Əməlin Nüşabə, Həcər andırır.
Ağrılı, acılı səngər həyatın,
Kövrək ürəyimi göynədir nədən?
Ey əsgər libaslı Azəri qızı,
Sənsən torpaq üstə qurban tək gedən.
Qarabağ yarası ağrın, göz yaşın,
Zəngilan, Qubadlı sinə dağındır.
Cəbrayıl, Füzuli, Laçın, Kəlbəcər,
Şuşa kədərindi, qəmli ağındır.
Dözmədin yağının xəyanətinə,
Döyüş yoldaşların, ən doğma kəsin.
İntiqam! Söyləyib atıldın önə,
Susdurdun düşmənin pulemyot səsin.
A çəmən çiçəyi, a dağ laləsi,
Nərgizlər açanda solub gedirsən.
Ömrün payızıdır, fəsilin qışı,
Payız buludu tək dolub gedirsən.
Şeirimin mələyi, igid Familə,
Bamsı Beyrəklərin qız qardaşısan.
Sən köçüb getsən də son mənzilinə,
Nəşinlə Vətənin bir parçasısan.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




