Xəbərlər
22.12.2025, 11:30
PAYIZIN SON GÜNÜNƏ - FOTO
ƏZİZƏ AĞAHÜSEYNQIZI
Ayrılıb gedirsən qəriblər kimi,
Səni necə qıyım soyuq əllərə?
Ruhum sənin ilə nəfəs alırdı,
Səni necə verim sərt küləklərə?
Sarı saçlarından kədər süzülür,
Sən kimə oxşadın, bu qədər kimə?
Doğmasan, əzizsən bilmirəm niyə,
Səni munis bildim kövrək könlümə.
Gedirsən, qarşıda qar var, boran var,
Şaxta üşütməsin əl-ayağını.
Ah, sarı payızım, küskün payızım,
Ver, qalsın sətrimdə yel daragını.
Səni necə qıyım soyuq əllərə?
Ruhum sənin ilə nəfəs alırdı,
Səni necə verim sərt küləklərə?
Sarı saçlarından kədər süzülür,
Sən kimə oxşadın, bu qədər kimə?
Doğmasan, əzizsən bilmirəm niyə,
Səni munis bildim kövrək könlümə.
Gedirsən, qarşıda qar var, boran var,
Şaxta üşütməsin əl-ayağını.
Ah, sarı payızım, küskün payızım,
Ver, qalsın sətrimdə yel daragını.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













