Məsləhət - Şahin FAZİL
Məsləhət

Dünən Qubaya zəng vurub bir tanış qız məndən məsləhət istədi. Məsləhət verdim.

Gözün bir şairə düşübdür sənin,
Kimə gedirsən get şairə getmə.
Başqası olmazmı məgər sevənin,
Kimə gedirsən get şairə getmə.

Neçə ovçu olur, neçə ov olur...
Adam var dalınca qovha-qov olur...
Bilmirsən şairlər dəlisov olur?
Kimə gedirsən get şairə getmə.

Avarası vardır, var sərsərisi,
Nigar sərsərisi, yar sərsərisi,
Hər şairin olur ilham pərisi,
Kimə gedirsən get şairə getmə.

Halvası şirinsə, halvaçıya get,
Nəfəsi dərinsə zurnaçıya get,
Kərbəlayiyə get, lap Hacıya get,
Kimə gedirsən get şairə getmə.

İstər qohuma get istər yada get,
İstər sevmədiyin quru ada get,
İstəsən müasir Məşdibada get,
Kimə gedirsən get şairə getmə.

Xəyalpərəsət olur, dalğın olurlar,
Kədərli olurlar, məhzun olurlar,
Şairlər axırda Məcnun olurlar,
Kimə gedirsən get şairə getmə.

Şairin şer tək cananı olur,
Qoşmanın, qəzəlin heyranı olur,
Hərdən də aşıqlıq dövranı olur,
Kimə gedirsən get şairə getmə.

Yerdə həm sevinci, həm qəmi olur,
Göydəki mələklər həmdəmi olur,
Şairin təzadlı aləmi olur,
Kimə gedirsən get şairə getmə.

Diqqət verməyib dost-tanışa, gedir,
Özü ilə danışa-danışa gedir.
Sözü ilə danışa-danışa gedir.
Kimə gedirsən get şairə getmə.

Düşünmə hər şair təmkinli olur,
Həm aram görünür, həm kinli olur,
Həm mülayim olur, həm cinli olur,
Kimə gedirsən get şairə getmə.

Xülya dəryasına batası olur,
Dəlilik həddinə çatası olur,
Onun əvvəl-axır xatası olur,
Kimə gedirsən get şairə getmə.

Həvəsi qalınca danışan olur,
Nəfəsi qalınca danışan olur,
Dövlətin dalınca danışan olur,
Kimə gedirsən get şairə getmə.

Bu günki zamanda rəğbəti olmur,
Nizamilər boyda hörməti olmur,
Onun şeri olur, sərvəti olmur,
Kimə gedirsən get şairə getmə.

Xəyal uçuşuna qadir deyiləm,
Sözdə o qədər də mahir deyiləm,
İstəsən mənə gə,l şair deyiləm,
Kimə gedirsən get şairə getmə!!!

Şahin FAZİL
21.08.2022 Quba

Məsləhət - Şahin FAZİL
Məsləhət - Şahin FAZİL

Son xəbərlər

MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

Ordumuzun hərbçisi vəfat etdi

Kolbasa və sosis xərçəng yaradır?

"Yayın kabusu"na qarşı ən təhlükəsiz və səmərəli üsul

"Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur

Dünyanın ən uzunömürlü qadınları hansı ölkədə yaşayacaq?

Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Qəhvə brendinin siması oldu - 20 milyon aldı

Fransa yanğınlarla mübarizə üçün ordudan istifadə etməyə başladı

Məmməd Qədir : Halallığın ver - FOTO

İrana zərbələr bu səbəbdən dayandırılıb

Şərafət Şəfa : Eşqin üzü dönüb, di əlini üz.. - FOTO

Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan güləşçilərinin ilk rəqibləri məlum olub

Eka Sepaşvili: Prezident İlham Əliyevin Almaniyaya səfəri Gürcüstan üçün də yeni imkanlar yaradır

“Həkim dedi ki, sənə sistem vuracağıq, içində nə olduğunu bilmirdim”

Rafael Ağayevdən vəfat edən atası ilə bağlı duyğusal paylaşım - Foto

Emin ayrılmış valideynləri ilə bir arada - FOTOLAR

Araz Ağalarov gənc xanımı ilə "DreamFest”də

“Çılgın Bediş” 25 il sonra qayıdır

Elm, fantastika, şəxsi həyat...

İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031