ƏZİZƏ AĞAHÜSEYNQIZI

Torpaqlarımızın ərazi bütovlüyü uğrunda Füzuli, Xocavənd istiqamətində Qızılqaya yüksəkliyininin alınmasında şəhid olan, baş leytenant Süleymanlı Kənan Sadıq oğlunun əziz xatirəsinə...


Qanında dövr etdi intiqam hissi,
Silaha sarılıb cəbhəyə getdin.
Xoşuna gəlirdi əsgər libası,
Geyindin əyninə kamına yetdin.

Həvəslə döyüşə atıldın oğul,
And içdin üçrəngli al bayrağıma.
Dedin qurtaracam dardan, çətindən,
Yetəcəm yurdumun zəfər çağına.

Döyüs yollarına dikildi gözlər,
Anan Səadətin gözü yoldadır.
Ötmür, daşa dönüb zaman da burda,
Dayanıb, həyat da elə qəm dadır.

Xocavənd, Füzuli döyüş yolların,
Keçib Ağtəpəni, düzü dolanım.
Düsmən tapdağında, o Üçtəpədə,
Dostunu qurtarıb şəhid olanım.

Ön xəttdə sərasər yuxu bilmədən,
Səngərdə aslana dönən əsgərim!
Qələbə anına üç saat qalmış,
Vətən, Vətən! deyib sönən əsgərim!

44 günlük Vətən savaşında sən,
Sonsuz xaruqələr yaratdın, qurdun.
Aldın yağılardan Qızıl qayanı,
Düsmənin önündə qürurla durdun.

Ötür ildırımtək savaş günləri,
Ağtəpə, Xocavənd yolları buzdu.
Silaha sarılan igid oğullar,
Qələbə əzmiylə döyüsdü, dözdü.

İllərlə gözlənən zəfər günündə,
O qara xəbəri aldı Vətənim.
Əlləri qoynunda, gözləri yolda,
Qəmli xəyallara daldı Vətənim.

Sənsən zirvələrə bayraq olanım,
Arzusu qönçətək solan Kənanım.
Gözləri bir anda ana axtaran,
Payız buludutək dolan Kənanım.

Həsrətlə gözlənən zəfər gününü,
Yaşatdın xalqına, elinə, Kənan!
Səni bayrağına bürüyən xalqın,
Düşmüsən zəfərtək dilinə, Kənan!

05.01.2026


ŞƏHİDLƏR XİYABANI

Yavaş keçin siz allah,
Burda şəhid uyuyur.
Olsa da məzar altda,
Ruhu bizi qoruyur.
Burda şəhid uyuyur.

30 ildir sərasər,
Sinəmə sipər olan
Ana Vətən dağından,
Keçib cavanlığından,
Keçib şirin canından,
Burda şəhid uyuyur.

Mərmiyə sinə gərdi,
Atəşi susdurdu o.
Yatmadı sübhə kimi,
Millətinin, yurdunun.
Azad sabahı üçün,
Qəhrəmantək durdu o.

Şəhidlər xiyabanı,
Səni necə sevməyim ?
Axı sənin qoynunda,
Cəsur Kamandar yatır!
Alı, Çingiz, Salatın,
Elçin, Məhəbbət, Ülvi,
Larisa, İlqar yatır!
Dilimin bayatısı,
Şeiri, amandır yatır!

Şəhidlər xiyabanı,
Könlümün qübar yeri.
Millətimin and yeri,
Məzarların üstündə.
Qan ürəkli qərənfil,
Sevgimin nübar yeri.
Səhər günəşlə durub,
Axşam qüruba dönən.

Şəhid analarının
Xəyalıyam, sözüyəm.
Şeirimlə, nəğməmlə,
Mən şəhidin özüyəm,
Mən şəhidin özüyəm.


AĞLAYIR

Yenə ruhum geyib qəm libasını,
Dilim layla deyir, gözüm ağlayır.
Təbim haqsızlığın tutub yasını,
Qələmim, varağım, sözüm ağlayır.

Xəyalım yol gedir qəm karvanında,
Dururam hər doğma məzar yanında,
Müqəddəs şəhidlər xiyabanında,
Varlığım titrəyir, üzüm ağlayır.

Baxıram hönkürən qərənfillərə,
Nərgizə, Laləyə, incə güllərə,
Bu vaxtsız saralan qönçə güllərə,
Aranım, yaylağım,düzüm ağlayır.

Əzizə, dərdlərin qatar durnadı,
Elə havalanır, burma - burmadı.
Məni danışmaga şeirim qoymadı,
Yandım korun - korun, közüm ağlayır.



Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930