44 günlük müharibədə torpaqlarımızın bütövlüyü uğrunda Murovda şəhid olan həmyerlim, Beyləqan rayonunun Təzəkənd kəndindən olan Vəliyev Elnur Mirsiyab oğlunun əziz xatirəsinə...(Lirik - epik poema)
Proloq


Uca Tanrım, yaradanım, təkimsən,
Yollarıma çıraq yandır, qoy gedim.
Söz mülkümdə çığırımsan, ləkimsən,
Yazılmamış varaq yandır, qoy gedim.

Dərgahında söz yoluna çıxmışam,
Şeirimi özun dinlə, bir ad ver.
Tanrısına yaxın olur şairlər,
İlhamıma nəfəs üfür, qanad ver.

☆☆☆

Qədim Beyləqanın Təzəkəndində,
Dünyaya bir körpə oğul doğuldu.
Adını el seçdi, Elnur qoydular,
Böyüdü, elinə işıq, nur oldu.

Zəhmətlə böyütdü anası Zeynəb,
Məktəbə göndərdi elm dalınca.
Elə ki, bitirdi orta məktəbi,
Silaha sarıldı yurdu alınca.

Bilirdi otuz il girovda idi,
Dözmədi tapdaqda qala Vətəni.
Onunçün yollanıb getdi cəbhəyə,
Düşməndən geriyə ala Vətəni.[/color
]
*****.

Əsgər geyimini əyninə geydi,
Əlinə götürdü döyüş sursatın.
Sığındı səngərə dilində dua:
"Kaş...görə biləydim zəfər büsatın!"

Sonsuz arzuları artdı, böyüdü,
Qəlbində zəfərə inamı vardı.
Döyüsə başladı əlində silah,
Bilirdi tək ona Tanrısı yardı.

Murovdan başladı onun yolları,
Hər səngər bir böyük döyüş məktəbi.
Burda hər əsgərin şücaətləri,
Burda hər bir oğul Koroğlu, Nəbi.

O durdu, düşündü sələflərinin,
Qəhrəman Gərayın keçdiyi izi.
Döyüşən ordunu qoy hifz eyləsin,
Qədim Beyləqanın möcüz Cərcizi.

*****

44 gün onun da ömür yoluna,
Zəfər Günəşitək nur səpəcəkdi.
Başının üstündən süzən qradlar,
Neçə can üstündən xətt çəkəcəkdi.

Hər anı təhlükə, ölüm qoxulu,
Döyüşdən çıxanlar sevinirdilər.
Ucaboy, nurüzlü, igid oğullar,
Hər biri pəhləvan, cəsur, nərdilər.

2020 - nin payız axşamı,
Anası Zeynəbə məktub yolladı.
Dedi:- "Murovdayam əzizim ana.
Adıntək əzizdi Vətənin adı.

Yurdu qoruyuram mənfur düsməndən,
Zəfər çalmayınca dönməyəcəyəm.
Əlimdə silahım, ruhumda inam,
Şəhid olmayınca sönməyəcəyəm!"

Məktubu oxşadı, basdı bağrına,
Kövrələn Zeynəbim yaş ələyirdi.
İsti əlləriylə soyuq səngərdə,
Sanki Elnurunu əzizləyirdi.

******

Düşməni məhv etmək, zəfər qazanmaq,
Tanrıdan çağrıştək bəlli orduma.
Hər ötən illərdən çox fərqlənirdi,
Bu payız döyüslə gəldi yurduma.

Soyuq səngərlərdə zəfər ümidi,
Əsgər Elnurumu tərk etməyirdi.
Qələbə xəbərin çatdırmaq üçün,
Onlar qarış - qarış irəlləyirdi.

Milli Ordumuzun qoç igidləri,
Torpaqdan silirdi yağı izlərin.
Elnur da düsməni hədəfə alıb,
Bir an silahından çəkmir gözlərin.

Atır qradını qarşı səngərə,
Yanıb külə dönür sərsəri düşmən.
Ancaq O qısqırır:- "yaralanmışam,
İrəli, yağıya verməyin aman!"

Dağlar səsə düsdü bu hay - haraydan,
Qarqar nalə çəkdi, Xaçın ağladı.
Əlləri qurusun mənfur düşmənin,
Elnurun ömrünə qara bağladı.

***

Ölüm xəbərini alınca ana,
Qaraya büründü, gülmədi üzü.
Necə böyütmüşdü Tanrısı bilir,
Min bir zillətinə nə desin düzü?!

Bəd xəbər İldırım sürəti ilə,
Yayıldı elinə, doğma yurduna.
Bu ağır xəbərə de, necə dözsün,
Ürəyi üzülmüş, o tənha ana?

Ürəyi arzuyla, sevgiylə dolu,
Əsgəri həyatdan ölüm ayırdı.
Bayrağa bürünmüş igid şəhidi,
Böyük bir izdiham qarşılayırdı.

Budur, Beyləqanın xiyabanına,
Yatan igidlərə qardaş gəlirdi.
Şəhid Elnuruma laylalar deyən,
Zeynəbin naləsi ürək dəlirdi...


Epiloq

Elnurun keçdiyi döyüş yolları,
Döndü xatirəyə bir nağıl oldu.
Təzə laylasını çaldı anası,
Təzəkənd qoynuna bir oğul aldı.

Qisas qiyamətə qalmadı, Elnur,
Rahat yat, yurdumun qəhrəman oğlu.
Zəfər marşındadı sənin də adın,
Sən zəfər büsatlı, sən zəfər çağlı.

Dur, aslan igidim, bəzəyinə bax!
Bayraqlar dayanıb sinə gərirlər.
Muştuluq almağa dayanıb sanki,
Zəfər müjdəsini xəbər verirlər.

Gül ömrün hədərə getməsin deyə,
Bəzə zəhmətinlə hər gün, hər anı.
Yazıb qələmimlə tarixə saldım,
Özü öz ömrünə tarix yazanı.

Sən şəhid olduğun yerlər al-əlvan,
Lalələr nazlanır seyrlərimdə.
Nə qədər mən varam,nə qədər sağam,
Səni yaşadacam şeirlərimdə.

ƏZİZƏ AĞAHÜSEYNQIZI
Beyləqan rayonu Dünyamallar kəndi.
Şair-publisist,AJB,AYB-nin üzvü,
Qızıl qələm, İti qələm mükafatı laureatı,
prezident mukafatçısı.

Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930