
Xəbərlər
27.12.2024, 21:13
AZƏRBAYCAN ÇİÇƏYİ - FOTO
AZƏRBAYCAN ÇİÇƏYİ
(Təyyarə qəzasında cəsurcasına həlak olan Hökümə xanıma)
Sən göylər mələyiydin, səmalarda süzərdin,
Arzuları boynuna mirvaritək düzərdin.
Sən göylər şahinitək, cəsurdun, igid ərdin,
Niyə sənə qıydılar könüllərin mələyi?
Niyə belə tez soldu Azərbaycan çiçəyi?
Hələ kəsilməmişdi, qulaqlardan toy səsi,
Ay ata-anasının istək, ümid, nəfəsi.
Sən idin öz bəyinin həyata tək həvəsi,
Niyə oldun göylərin ruzigarı, küləyi?
Niyə belə tez soldu Azərbaycan çiçəyi?
Özü qorxu yaşadı, təsəlli verdi o an.
Niyə kömək olmadı ona böyük Yaradan?
Yaralar qaysaq tutmaz, göynəyəcəkdir hər an,
Niyə yarımçıq qaldı hər bir arzu, diləyi?
Niyə belə tez soldu Azərbaycan çiçəyi?
Hədəfi vurmaq üçün nişangahda bitdilər,
Görən kimin əmrinə, fitnəsinə getdilər?
Günahsız insanları niyə qurban etdilər?
Nə idi alçaqların hiylə, fəsad, kələyi?
Niyə belə tez soldu Azərbaycan çiçəyi?
Arzuları boynuna mirvaritək düzərdin.
Sən göylər şahinitək, cəsurdun, igid ərdin,
Niyə sənə qıydılar könüllərin mələyi?
Niyə belə tez soldu Azərbaycan çiçəyi?
Hələ kəsilməmişdi, qulaqlardan toy səsi,
Ay ata-anasının istək, ümid, nəfəsi.
Sən idin öz bəyinin həyata tək həvəsi,
Niyə oldun göylərin ruzigarı, küləyi?
Niyə belə tez soldu Azərbaycan çiçəyi?
Özü qorxu yaşadı, təsəlli verdi o an.
Niyə kömək olmadı ona böyük Yaradan?
Yaralar qaysaq tutmaz, göynəyəcəkdir hər an,
Niyə yarımçıq qaldı hər bir arzu, diləyi?
Niyə belə tez soldu Azərbaycan çiçəyi?
Hədəfi vurmaq üçün nişangahda bitdilər,
Görən kimin əmrinə, fitnəsinə getdilər?
Günahsız insanları niyə qurban etdilər?
Nə idi alçaqların hiylə, fəsad, kələyi?
Niyə belə tez soldu Azərbaycan çiçəyi?
BELA ZƏNGİBASARLI
27.12.2024
ALLAH QƏZADA HƏLAK OLANLARIN HAMISINA RƏHMƏT ELƏSİN.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











