Ağcəbədi rayonunun Xocavənd kəndində doğulub torpaqlarımızın ərazi bütövlüyü uğrunda 1 - ci Qarabağ müharibəsində Cəbrayıl, Füzuli bölgəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Əliyev Taleh Zülfü oğlunun əziz xatirəsinə...


Sənin igidliyin kağıza sığmır,
Mən səni bəs necə kəşf edim Taleh?
Gəzim addım - addım döyüş yerlərin,
Səni qələmimlə vəsf edim Taleh.

Anadan doğuldin igid, qəhrəman,
Şığıdın qartaltək düşmən üstünə.
Dedin: - qurtaracam vətəni dardan,
Biçdin düşmənləri durdun qəsdinə.

Sinəndə döyünən kövrək ürəyin,
Dözmədi yadlara qala torpağın.
Yarıda saxladın ali məktəbi,
Səngər əvəzlədi tələbə çağın.

Qəlbində boy atan sonsuz arzular,
Elə Vətən dedi, Vətən çağırdı.
Səni səngərlərə aparan yollar,
Qələbəyə gedən bir ilk cığırdı.

Cəbrayıl, Füzuli döyüş yolları,
Alıb qucağına səni apardı.
Kaş ki, gedişinlə bu ana torpaq,
Rahatlıq, azadlıq, dinclik tapardı .

Qədim Füzulinin on cəbhəsindən,
Şəhidlik xəbəri gələn şəhidim.
Bükülüb Vətənin al bayrağına,
Bağrımın başını dələn şəhidim.

Libastək əyninə geydin səngəri,
Əlində silahın, dilində Vətən.
Döyüsdûn torpağın sevən ər kimi,
Dedin ki, yurduma girməz hər yetən.

Qeyrətin bəllidir ana Vətənə,
Sən ey gülü qönçə solan əsgərim.
Əlləri toyunda xına görməyən,
Payız buludutək dolan əsgərim.

Bitdin misra - misra söz gülşənimdə,
Sətrimə, bəndimə yağdın, ələndin.
Sən elə məqama ucaldın oğul,
Tanrı dərgahında nura bələndin.

Sənin vavtsız solan qönçə ömürün,
Sızladır, göynədir hələ hər kəsi.
Sən tarix yazmısan igidliyinlə ,
Tarixdə qalacaq Taleh zirvəsi.

Axdın bulud - bulud könul dünyama,
Ruhumun bu axşam həmdəmi oldun.
Səni heca - heca yazdım nəğməmə,
Könlümün ən ağır bir qəmi oldun.

Qələbə sevincli, zəfər müjdəli,
Ötər aylar, illər, ötər fəsillər.
Ey doğma yurdunun qəhrəman oğlu,
Səni yad edəcək gələn nəsillər.

20.12.2025

Son xəbərlər

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Sazın və Sözün Şirvan Zirvəsi

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

✍️ Tapdıq ƏLİBƏYLİ : BELƏ DƏ OLUR...

Etiraz aksiyalarını qadağan edəcəklər

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib

Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Sutka 25 saat olacaq: nə vaxt baş verəcəyi HESABLANDI

15 il sonra eyni filmdə... - Fotolar

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

“Sənə yetməyin bircə yolu var: Yanmaq!!!”

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib

"The New York Times": ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır

Azərbaycan nefti cüzi bahalaşıb

Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031