Xəbərlər
9.01.2026, 21:26
TAHİR RƏCƏBOV : Dərd içində həkk elədim həyatı - FOTO
DÖRDLÜKLƏR
Bu nə meydanıdır, bu nə bazardır?
Hər günü ayrı dərd, ayrı azardır.
Əvvəli beşikdir, sonu məzardır,
Ortası məktəbdir qoca dünyanın...
===
Sən kimsən ki, öyrədəsən həyat nə?
Dərd içində həkk elədim həyatı.
Mən atamın qabar basmış əlindən
Su içəndə dərk elədim həyatı...
===
Gör sıxıb özündə necə saxladı
Sözlərdən hörülmüş hasarlar məni.
Yüz salam söyləsəm heç inciməzlər,
Bir doğru söyləsəm asarlar məni...
Hər günü ayrı dərd, ayrı azardır.
Əvvəli beşikdir, sonu məzardır,
Ortası məktəbdir qoca dünyanın...
===
Sən kimsən ki, öyrədəsən həyat nə?
Dərd içində həkk elədim həyatı.
Mən atamın qabar basmış əlindən
Su içəndə dərk elədim həyatı...
===
Gör sıxıb özündə necə saxladı
Sözlərdən hörülmüş hasarlar məni.
Yüz salam söyləsəm heç inciməzlər,
Bir doğru söyləsəm asarlar məni...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














