
Xəbərlər
25.02.2025, 20:37
ELXAS COMƏRD : XOCALIM,AY XOCALIM - FOTO
XOCALIM,AY XOCALIM.
Ürəyimin qırıq yeri,
Faciəmin dərd misgəri,
Hər il, o gün dönür geri,
Dövr eləyir dərdim,acım,
Xocalım,ay Xocalım.
Dərd ağrıdıb,yıxır məni,
Ağrısıyla sıxır məni,
Öldürəcək axır məni,
Daha yoxmu bir əlacım... ?
Xocalım, ay Xocalım.
Qılınc kimi kəsən şaxta,
Gəlmək üçün çoxu "taxta",
Buraxdılar sizi baxta,
Kimdən indi, mən öc alım,
Xocalım, ay Xocalım.
Ürək olub param -param,
Bu sazişdə lap üz qaram,
Heç bilmirəm yoxam,varam,
Qovruluram, çatmır sacım,
Xocalım, ay Xocalım.
Faciəmin dərd misgəri,
Hər il, o gün dönür geri,
Dövr eləyir dərdim,acım,
Xocalım,ay Xocalım.
Dərd ağrıdıb,yıxır məni,
Ağrısıyla sıxır məni,
Öldürəcək axır məni,
Daha yoxmu bir əlacım... ?
Xocalım, ay Xocalım.
Qılınc kimi kəsən şaxta,
Gəlmək üçün çoxu "taxta",
Buraxdılar sizi baxta,
Kimdən indi, mən öc alım,
Xocalım, ay Xocalım.
Ürək olub param -param,
Bu sazişdə lap üz qaram,
Heç bilmirəm yoxam,varam,
Qovruluram, çatmır sacım,
Xocalım, ay Xocalım.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay