Xəbərlər
2.11.2025, 00:12
Oxundan da, kaman bezir, İlahi - FOTO
Elxas Comərd
İLAHİ.
Dərd əlindən parçalanır ürəyim,
Fikir məni yaman üzür, İlahi.
Ürəyimdə arzularım, diləyim,
Ümüd verib, güman düzür, İlahi.
Xəyal çəkir, hərdən məni üzağa,
Hey aparıb salıb çox vaxt sazağa,
Rəhm etmədi, bəxt də mən tək yazığa,
Başım üstə duman süzür, İlahi.
Dərd qalandı,dərd üstünə,dərd gəldi,
Yaşamağa gündə bir cür şərt gəldi,
Gündən-günə ağır gəldi, sərt gəldi,
Heç görmədim zaman çözür, İlahi.
Aldanmışam neçə kərə, neçə yol,
Çox çıxarıb, niyətimi heçə yol,
Arzularım hey səpilib küçə,yol,
Ürəyimdə buna dözür, İlahi.
Düşəmmədim, çox çalışdım hədəfə,
Nəhs işlərim düzülübmüş sədəfə,
Olsa - olsa, uğur olub bir dəfə,
Oxundan da, kaman bezir,İlahi.
Fikir məni yaman üzür, İlahi.
Ürəyimdə arzularım, diləyim,
Ümüd verib, güman düzür, İlahi.
Xəyal çəkir, hərdən məni üzağa,
Hey aparıb salıb çox vaxt sazağa,
Rəhm etmədi, bəxt də mən tək yazığa,
Başım üstə duman süzür, İlahi.
Dərd qalandı,dərd üstünə,dərd gəldi,
Yaşamağa gündə bir cür şərt gəldi,
Gündən-günə ağır gəldi, sərt gəldi,
Heç görmədim zaman çözür, İlahi.
Aldanmışam neçə kərə, neçə yol,
Çox çıxarıb, niyətimi heçə yol,
Arzularım hey səpilib küçə,yol,
Ürəyimdə buna dözür, İlahi.
Düşəmmədim, çox çalışdım hədəfə,
Nəhs işlərim düzülübmüş sədəfə,
Olsa - olsa, uğur olub bir dəfə,
Oxundan da, kaman bezir,İlahi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













