Xəbərlər
24.12.2025, 01:53
ABŞ Karib hövzəsinə əlavə qoşun toplayır
ABŞ Karib dənizi hövzəsində əlavə qoşun toplayaraq bölgəyə çoxlu sayda xüsusi əməliyyat təyyarəsi göndərib.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, bu barədə "Vol Strit Jurnal" qəzeti adları açıqlanmayan ABŞ administrasiyasının rəsmilərinə və uçuş məlumatlarının təhlilinə istinadən məlumat yayıb.
Bildirilib ki, bölgəyə xüsusi əməliyyatlarda istifadə edilən ən azı 10 Osprey konvertoplan, eləcə də 100-dən çox şəxsi heyəti daşıya bilən C-17 hərbi nəqliyyat təyyarəsi yerləşdirilib.
Amerika rəsmiləri nəşrə sözügedən təyyarələrin qoşun və hərbi texnika daşıdığını təsdiqləyiblər, lakin onların sayı və yerləşdirilən qoşun növü açıqlanmayıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay