Hava təhdidlərinə qarşı Azərbaycanın güclü immuniteti - ŞƏRH
Azərbaycan ordusunun döyüş qabiliyyəti təkmilləşdirilir, ölkə ən müasir silahların alınması istiqamətində bir çox dövlətlərlə hərbi-texniki əməkdaşlığı dərinləşdirir.

Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, ən müasir raket sistemlərinin silahlanmaya daxil edilməsi müstəqilliyin qorunması və ərazi bütövlüyünün bərpası üçün əsas şərtlərdən biridir.

Ölkəmizin arsenalında olan ən müasir silahların Aprel döyüşlərində tətbiq edilməsi də qələbəni şərtləndirən əsas amillərdən idi.

Nüfuzlu “Global Firepower” təşkilatının 2020-ci il üçün reytinqində Azərbaycan ordusu 138 ölkə arasında 64-cü yerdə, Ermənistan ordusu isə 111-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, “Global Firepower” hərbi güc və maliyyə baxımından maddi-texniki imkanları qiymətləndirir. Bu zaman müəyyən bir ölkənin hərbi nüfuzunu 50-dən çox indikatordan istifadə etməklə dəyərləndirir.

Prezident, Ali Baş Komandan İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxış edərkən ordunun gücünə, döyüş qabiliyyətinə, arsenalına diqqət çəkib. Dövlət başçısı bildirib ki, Prezident kimi fəaliyyətində ordu quruculuğu birinci yerdədir.

Azərbaycanın hərbi-texniki əməkdaşlıq etdiyi ölkələrin sayı çoxdur – Rusiya, Çexiya, Türkiyə, Pakistan, Belarus, Ukrayna, İsrail və s. Gələcəkdə silah idxalı ilə bağlı coğrafiyanın genişləndirilməsi gözlənilir.

Xatırladaq ki, “Paris Air Show-2019” silah sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Fransanın “Nexter” silah istehsalçısı zirehli texnika, dəniz və hava platformaları üçün müxtəlif silah növləri, həmçinin robot texnikasının birgə istehsalını müzakirə ediblər.

Bundan əlavə, “Thales Group” şirkəti Azərbaycanda müxtəlif növ aşkaretmə və radiolokasiya sistemlərinin istehsalı üzrə birgə müəssisə, həmçinin regional servis mərkəzi yaratmaq niyyətindədir.

Azərbaycanın perspektivdə dünya nəhənglərindən olan Çinlə də hərbi-texniki əməkdaşlığa başlayacağı gözlənilir.

Ölkəmiz hücum silahları ilə yanaşı, müdafiə sistemlərinin alınmasında da maraqlıdır, çünki Azərbaycana qarşı təhdidlərin qarşısının alınmasında məhz hava hücumundan müdafiə sistemləri mühüm rol oynayır.

Ali Baş Komandan bildirib ki, Azərbaycan bir neçə ölkədən hava hücumuna qarşı ən müasir qurğular əldə edib.

“Onların Azərbaycanda - bizim coğrafiyada bir-birinə inteqrasiya edilməsi də asan məsələ deyil. Çünki bizim hava hücumuna qarşı müdafiə sistemlərimiz, - bu, sirr deyil, bu məlumat artıq açıqlanıb, - həm Rusiya istehsalıdır, Belarus istehsalıdır, İsrail istehsalıdır, eyni zamanda, sovet vaxtından qalan qurğulardır və onlar da modernləşdirilib. Onları bir-birinə elə inteqrasiya etmək, elə yerləşdirmək lazımdır ki, bizim bütün strateji obyektlərimiz havadan qorunsun. Əlbəttə ki, böyük peşəkarlıq və vəsait tələb edir. Bizim vəsaitimiz olmasaydı, bunları haradan alacaqdıq”, - deyə, İlham Əliyev əlavə edib.

Azərbaycanın hava hücumundan müdafiə sistemləri içərisində Rusiya istehsalı olan “S-300”, İsrail istehsalı “Barak-8” kimi silahlar var.

Rəsmi təsdiqlənməsə də, ekspertlər hesab edirlər ki, Azərbaycan hava hücumundan müdafiədə ən güclü silahlardan biri, İsrail istehsalı olan “Dəmir günbəz”ə sahibdir.

Ermənistan həmişə daxili auditoriyaya işləyən bəyanatlar verərkən, Azərbaycanı Mingəçevir su anbarı ilə təhdid etməyə çalışır. Lakin Ermənistan özü də başa düşür ki, bu, mümkün deyil.

“Ermənistanın bunu etməyə gücü və cəsarəti çatmaz. Mən işlədiyim zamanlarda da oranı böyük bir alay müdafiə edirdi. İndi isə o zamankından da daha yaxşı müdafiə olunur. Ermənilərin Azərbaycanın müdafiə qüvvələrindən çox yaxşı xəbəri var”, - bunu keçmiş Bakı və Zaqafqaziya Hərbi Dairəsi Hava Hücumundan Müdafiə Komandanı, general-polkovnik Tofiq Ağahüseynov müsahibələrinin birində deyib.

Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitutunun (SIPRI) silahların ən böyük idxalçıları və ixracatçılarına dair hesabatlarına əsasən, Azərbaycan 2009–2013-cü illə müqayisədə 2014–2018-ci illərdə silah idxalını 15 faiz artırıb.

Prezident İlham Əliyev qeyd edib ki, hava hücumuna qarşı müasir qurğular imkan verir ki, bizim ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun.

Eyni zamanda, Azərbaycan ən müasir pilotsuz uçuş aparatları da alır:

“Pilotsuz uçuş aparatları ən yüksək səviyyəli istehsalçıların istehsalıdır. Eyni zamanda, Azərbaycanda da bu istehsal təmin edilib”, - deyə, Prezident söyləyib.

Onu da əlavə edək ki, Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1 300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan strateji üstünlüyə malikdir. Azərbaycanın müasir silah-sursat, texnika ilə təchizatının bundan sonra da davam etdirilməsi gözlənilir, yəni bu sahədə hər hansı təxirə salınmadan söhbət gedə bilməz.

Azərbaycanın döyüş təyyarələri modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat helikopteri var.

Azərbaycanda müasir ordu quruculuğu şəxsi heyətin təminatı məsələlərinin yüksək səviyyədə həll olunması, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə paralel şəkildə aparılır.

Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir və bu proqram icra olunur.

Prezident İlham Əliyev bildirib ki, bu, böyük vəsait tələb edir və dövlət həmin vəsaiti ayırır.

Qeyd edək ki, bu günə qədər 1 700 zabit bu proqramla əhatə olunub və onlara mənzillər verilib. İlin sonuna qədər isə əlavə 419 zabitə dövlət tərəfindən mənzillərin verilməsi planlaşdırılır.

Azərbaycan ordusundakı arsenal və şəxsi heyət arasında ruh yüksəkliyi Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasının təminatıdır.

Son xəbərlər

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Vaqif Vüqar : EY SÖZ - FOTO

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Meyiti öz həyətində tapıldı - Foto

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib - FOTOLAR

40 illik mənəvi qızını övladlığa götürdü

Ronaldo aktyorluğa keçir - Serialda çəkiləcək

Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar

Hikmət Məlikzadə : “Heç kimə qədərindən artıq dəyər vermə...” - FOTO

Bizə öyrətdiyiniz hər bir söz, hər bir cümlə bu gün də xatirimizdədir. - FOTO

Mer: Türkiyə Akyaka-Gümrü dəmir yolu sahəsinin yenidən qurulmasına başlayıb

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Baş nazirin açıqlaması vətəndaşları şoka saldı

Elm, fantastika, şəxsi həyat...

Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031