Xəbərlər
28.10.2025, 21:01
Unutmaq olarmı o günləri heç - FOTO
QIZBƏS QƏBƏLƏ,
şairə-publisist
( O məşum faciədən 30 il ötür...1995 - ci il oktyabr ayınln 28 - də Bakıda metronun "Nərimanov" və " Ulduz" sransiyaları arasında hərəkətdə olan qatarda törədilmiş terror aktı zamanı 289 nəfər yanğında tüstüdən boğularaq həlak olmuşdur.270 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişdir.Ölənlərin 28 nəfəri uşaq, 3 nəfəri mühafizə xidmətinin əməkdaşları olmuşlar )
şairə-publisist
METRO FACİƏSİ

Elə bil dünəndi...otuz il keçdi,
Allah, o günləri yaşatma birdə.
Düşmən günümüzü qaradan biçdi,
Neçə nakam insan yatır qəbrdə.
Bilmirəm mən necə gətirim dilə,
O qədər insanın faciəsini.
Kor dünya etiraz etmədi belə,
Duymadı xalqımın ah - naləsini.
Qaranlıq tunellər zəbanə çəkdi,
Yandı diri - diri məsum insanlar.
Namərdlər göz dağı eyləyəcəkdi,
Məzara dönüşdü qara vaqonlar.
Unutmaq olarmı o günləri heç
Millətim ah çəkir, qan ağlayırdı.
Ədalət təcəlla edəcək tez - gec,
Göylər şimşək - şimşəki guruldayırdı.
Kim idi bizlərə fitnə quraanlar,
Ya Rəbb, yaşamadıq bizlər nələri ?
Qoy lənətə gəlsin, qatil - tiranlar,
Çatlasın başında öz fitnələri.
Allah, o günləri yaşatma birdə.
Düşmən günümüzü qaradan biçdi,
Neçə nakam insan yatır qəbrdə.
Bilmirəm mən necə gətirim dilə,
O qədər insanın faciəsini.
Kor dünya etiraz etmədi belə,
Duymadı xalqımın ah - naləsini.
Qaranlıq tunellər zəbanə çəkdi,
Yandı diri - diri məsum insanlar.
Namərdlər göz dağı eyləyəcəkdi,
Məzara dönüşdü qara vaqonlar.
Unutmaq olarmı o günləri heç
Millətim ah çəkir, qan ağlayırdı.
Ədalət təcəlla edəcək tez - gec,
Göylər şimşək - şimşəki guruldayırdı.
Kim idi bizlərə fitnə quraanlar,
Ya Rəbb, yaşamadıq bizlər nələri ?
Qoy lənətə gəlsin, qatil - tiranlar,
Çatlasın başında öz fitnələri.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay