
Xəbərlər
27.10.2025, 04:40
QƏDDARSAN PAYIZ - FOTO
BELA ZƏNGİBASARLI,
şairə - publisist
şairə - publisist
Fəsillər içində qəddarsan payız,
Gəlişin ağacdan yarpağı tökür.
Leysan yağışınla, dəli küləyin,
Az qala torpaqdan ağacı sökür.
Niyə belə sərtsən, rəhimsizsən sən?
Hələ gözləyirsən şaxtanı, qışı.
Günəşi qovursan sən göy üzündən,
Ordan yağdırırsan yerə yağışı.
Quşlar da dözməyib köç edib gedir,
Səmada gizlənir ulduz da, ay da.
İnsanlar bayırdan yığışır evə,
Soyuyur göllər də, dəniz də, çay da.
Heç zaman sevmədim səni mən, inan,
Sıxıntı gətirdin ruhuma mənim.
Gecənin ömrünü uzatmaq üçün,
Gündüzün ömrünə kəsildin qənim.
Mahnı bəstələnir sənin adına,
Şəninə çoxları şeirlər yazır.
Sənin gəlişinlə narahat ruhum,
Yağışda islanır, küləkdə azır!
Gəlişin ağacdan yarpağı tökür.
Leysan yağışınla, dəli küləyin,
Az qala torpaqdan ağacı sökür.
Niyə belə sərtsən, rəhimsizsən sən?
Hələ gözləyirsən şaxtanı, qışı.
Günəşi qovursan sən göy üzündən,
Ordan yağdırırsan yerə yağışı.
Quşlar da dözməyib köç edib gedir,
Səmada gizlənir ulduz da, ay da.
İnsanlar bayırdan yığışır evə,
Soyuyur göllər də, dəniz də, çay da.
Heç zaman sevmədim səni mən, inan,
Sıxıntı gətirdin ruhuma mənim.
Gecənin ömrünü uzatmaq üçün,
Gündüzün ömrünə kəsildin qənim.
Mahnı bəstələnir sənin adına,
Şəninə çoxları şeirlər yazır.
Sənin gəlişinlə narahat ruhum,
Yağışda islanır, küləkdə azır!
27.10.2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


