
Xəbərlər
27.10.2025, 00:48
Vallah, bu zamanın yox "insan" ları... - FOTO
BRİLYANT QURBANOVA,
şairə-publisist
şairə-publisist
Lələ.
Qəhrlər qəddimi əydi... Əyildim,
Qayğılar başıma döydü... Döyüldüm,
Nadan, nakişilər söydü... Söyüldüm,
Allahım qoymadı yıxılam, lələ.
Virandı könlümün içi, çölü də,
Aşıbdı gözümün dolmuş gölü də,
Gördüm caynaqlanmış gələn əli də,
Allahım qoymadı çaxılam, lələ.
Atəşəm, sevmirəm çox insanları...
Vallah, bu zamanın yox "insan" ları...
Azalıb hər şeydən "tox" insanları...
Deməyin gözüdar, paxılam, lələ.
Qayğılar başıma döydü... Döyüldüm,
Nadan, nakişilər söydü... Söyüldüm,
Allahım qoymadı yıxılam, lələ.
Virandı könlümün içi, çölü də,
Aşıbdı gözümün dolmuş gölü də,
Gördüm caynaqlanmış gələn əli də,
Allahım qoymadı çaxılam, lələ.
Atəşəm, sevmirəm çox insanları...
Vallah, bu zamanın yox "insan" ları...
Azalıb hər şeydən "tox" insanları...
Deməyin gözüdar, paxılam, lələ.
26.10.2025.
Yatmasınmı?
Bir tikan batanda dözə bilmirik,
Bu boyda dərd məni ağlatmasınmı?
Kələf dolaşanda çözə bilmirik,
Yolu bağlananda bəxt yatmasınmı?
Ağlayır, sızlayır qəlb sinəm altda,
Hər hava çalınır yazılmış notda,
Köksümdə çalxanan çal-çarpaz çatda
Taleyi bəd gələn təxt batmasınmı?
Ay Atəş, keçibsən dərələr, dağlar,
Gəzdiyin ormanlar arxanca ağlar,
Şairi el sevər, el yadda saxlar,
Onun qəlbi coşub söz yazmasınmı?
Bu boyda dərd məni ağlatmasınmı?
Kələf dolaşanda çözə bilmirik,
Yolu bağlananda bəxt yatmasınmı?
Ağlayır, sızlayır qəlb sinəm altda,
Hər hava çalınır yazılmış notda,
Köksümdə çalxanan çal-çarpaz çatda
Taleyi bəd gələn təxt batmasınmı?
Ay Atəş, keçibsən dərələr, dağlar,
Gəzdiyin ormanlar arxanca ağlar,
Şairi el sevər, el yadda saxlar,
Onun qəlbi coşub söz yazmasınmı?
25.10.2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

