Nizami Kino Mərkəzində Vətən müharibəsindəki qələbəmizin 5 illiyi münasibətilə “Zəfər rəqsi” qısametrajlı bədii filminin qala-premyerası keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, film “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşəbbüsü, “Balakhani Operating Company” hasilat şirkətinin və YAŞAT Fondunun dəstəyi ilə ASAN TV tərəfindən istehsal olunub.

Tədbirdə əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Qala gecəsində IX “Muğam” Televiziya Müsabiqəsinin qalibi Aytac Bəybalayeva və finalçılardan biri Kənan Novruzov musiqi nömrələri ilə çıxış ediblər. Tədbir çərçivəsində Zəfərimizlə bağlı videoçarxlar da təqdim olunub.

Ekran əsərinin quruluşçu rejissoru və ssenari müəllifi Gəray Həsən AZƏRTAC-a açıqlamasında bildirib ki, ekran əsəri Mir Cəlal adına Hekayə Müsabiqəsinin mükafatçısı, mərhum yazıçı Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib. Əsas rolların ifaçıları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğludur. Film iki ay ərzində ərsəyə gəlib, çəkiliş prosesi isə iki həftə davam edib.

Azər Aydəmir yaradıcılığında ilk dəfə qazi obrazını canlandırdığını və bu filmin yaddaşında xüsusi layihə kimi qalacağını söyləyib. O, kino sahəsində çalışanların qələbəmizə bədii, audiovizual formada töhfə verdiyini qeyd edərək deyib: “Filmin qəhrəmanı müharibədən sonra sadəcə rəqs etmək arzusu olan şəxsdir. Amma təəssüf ki, qazimiz döyüşdə aldığı yaralar səbəbindən ayaqları ilə bağlı ciddi zədələr alıb və bu arzusunun gerçəkləşməsi mümkünsüz görünür. Filmin sonunda o, bu arzunu gerçəkləşdirir. Arzum budur ki, tamaşaçılar filmi sevsin, paylaşsın, daha çox insanın izləməsinə səbəb olsun”.

Filmin nümayişindən əvvəl çıxış edən “Balakhani Operating Company” hasilat şirkətinin rəhbəri Rövşən Rzayev ölkəmizdə güclü iqtisadiyyatın qurulması və ordu quruculuğunun inkişafının milli dirçəlişin əsasını təşkil etdiyini diqqətə çatdırıb. “Balaxanı neftin beşiyi olmaqla yanaşı, kino tariximizin də başlandığı məkandır. Burada çəkilmiş qısametrajlı filmlər milli kino irsimizin bünövrəsini qoyub. Biz bu mədəni irsi davam etdirməkdən qürur duyuruq”,- deyə R.Rzayev əlavə edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, gənclər siyasətinin, mədəniyyət və təhsil sahəsində aparılan məqsədyönlü işlərin nəticəsində bu gün gənc nəsil Zəfərin mənəvi dəyərini dərindən anlayır. “Qürurverici haldır ki, bu illər ərzində gənclərimiz Vətən müharibəsinin qəhrəmanlıq ruhunu unutmur və bu mövzunu yaşatmaq üçün müxtəlif sahələrdə, o cümlədən mədəniyyət və təhsil istiqamətində fəal şəkildə çalışırlar. “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu mədəniyyətin və ədəbiyyatın təbliği, onların yaşadılması istiqamətində mühüm layihələr həyata keçirir. “Zəfər rəqsi” filmi də bu dəyərli təşəbbüslərdən biridir. Qürurla qeyd etmək istəyirəm ki, bugünədək 40 mindən çox gənc “ASAN xidmət”də könüllü kimi fəaliyyət göstərib. Eyni zamanda, YAŞAT Fondunun fəaliyyəti çərçivəsində 18 mindən çox şəhid ailəsi ilə görüşlər keçirilib, onların sosial rifahı istiqamətində mühüm tədbirlər görülüb. Şəhid övladlarının adına depozit hesabları açılır və bu vəsaitlər uşaqlar 6 yaşına çatdıqdan sonra onların istifadəsinə verilir. Bundan əlavə məktəb ləvazimatlarının təminatı, YAŞAT düşərgələrinin təşkili kimi sosial layihələr də davamlı şəkildə həyata keçirilir”.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun direktoru Şəfəq Mehrəliyeva bu filmin Azərbaycan xalqının qəhrəmanlığına, Vətən müharibəsindəki şücaətinə ithaf olunduğunu qeyd edib.

Daha sonra ekran əsəri nümayiş olunub.

Qeyd edək ki, “Zəfər rəqsi” filmi noyabrın 8-i – Zəfər Günündə İctimai Televiziyada geniş tamaşaçı auditoriyasına təqdim olunacaq.





Son xəbərlər

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031