"Azərbaycan Atabəyləri" bədii-sənədli filminin qala gecəsi keçirilib - FOTO
Heydər Əliyev Mərkəzində "Azərbaycan Atabəyləri" bədii-sənədli filminin qala gecəsi keçirilib.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, qala gecəsində dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri və filmin yaradıcı heyəti iştirak edib.

Qeyd edək ki, Azərbaycan Televiziyası, “Şahdağfilm”, Türkiyənin “İkinci Yeni Film”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə səyi ilə ərsəyə gələn bu filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alır.

Film orta əsrlərdə yaşamış türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsindən bəhs edir.

Filmin quruluşçu rejissoru Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır.

Prodüserlər eyni ilə İlqar Mehti, Sərvər Bayramov və Türkiyədən “İkinci Yeni Filmi” təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur.

Orta əsr Azərbaycan tarixinin ən parlaq dövrlərini canlandıran bədii-sənədli filmdə, azərbaycanlı döyüşçü Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırarkən, İlqar Mehti Qara Sunqur kimi ekrana çıxır. Digər əsas rollarda isə xalq artisti Mehriban Zəki (Möminə Xatun), əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah),İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir Əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və digər sənətçilər yer alıb.

Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb.

Son xəbərlər

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Tələbə otaq yoldaşını bıçaqladı

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək

Hun Manet Zəfər parkını ziyarət etdi

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

Ömrünü təhsilə və poeziyaya həsr edən ziyalı

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031