Hüseyn İSAOĞLU,
yazıçı – publisist,
AYB-nin və AJB-nin üzvü.


Bu günlərdə qardaş Türkiyənin Bursa şəhərində 23 oktyabr - 01 noyabra qədər keçirilən AZƏRBAYCAN GÜNLƏRİNƏ Bursa şəhərində yaşayan dəyərli ziyalımız Hüseyin Veliyev mənidə dəvət etmişdi. Ancaq müəyyən səbəblərə görə mən iştirak edə bilmədim. İştirak edən bütün qələm dostlarımıza uğurlar arzulayıram !
TURAN ELLƏR VAR OLSUN

…Günlər, aylar keçdikcə türk dövlətləri bir-birinə daha çox yaxınlaşır, qardaşlıq və dostluq əlaqələrini daha da möhkəmləndirir, Turan dövlətinin qurulması yolunda əzmlə çalışır, bu sahədə uğurlu addımlar atırlar. Bu da səbəbsiz deyil. Son illərin hadisələri, müharibələri, hegomon dövlətlərin dünya xəritəsini yenidən «cızmaq» istəkləri və s. türk dövlətlərini yumruq kimi birləşməyə vadar edir.

Çünki yumruq kimi birləşməsək, bir olmasaq, güclü olmasaq yırtıcılar- xüsusilə Kremldə əyləşən rus faşistləri imperiyanı daha da genişləndirmək, yeni torpaqlar, ölkələr zəbt etmək arzusunu Azərbaycan üzərində də gerçəkləşdirə bilər. Bu, həqiqətdir. O da həqiqətdir ki, Ukraynaya hücum edən, dinc əhalini qətlə yetirən, şəhər və kəndləri talan edib, xarabazarlığa çevirən rus əsgərləri Prezident və Ali Bah Komandan Vladimir Putinin rəhbərliyi ilə ac canavar kimi başqa ölkələrin də üzərinə diş qıcamağa başlayıblar. Bu baxımdan Türkiyə və Azərbaycanın mədəni, siyasi, iqtisadi, hərbi əlaqələri gündən-günə möhkəmlənərək Putin Rusiyasının da yuxusuna haram qatmaqdadır.


Bəli, bizim gücümüz birliyimizdədir. Bizim gücümüz Turan ellərinin bir bayraq altında birləşməsidir. Gün gələcək ki, türklər dünyanı idarə edəcək, dünyanın nizamını pozulmağa qoymayacaq, yer üzünə əbədi sülh gətirəcəklər. Bu, belə də olacaq. Türk dövlətlərinin birliyini bir daha heç kim poza bilməyəcək, türkün türkdən başqa dostu olmadığını damarlarında türk qanı axan hər bir türk oğlu, türk qızı daha yaxşı anlamağa başlayacaq.
Bu gün türk dövlətləri arasında qurulan əlaqələr genişləndikcə, möhkəmləndikcə «Qızıl alma»ya doğru daha çox yaxınlaşmağa başlayırıq.
24-28 oktyabr 2025-ci ildə qardaş Türkiyədə keçiriləcək «Azərbaycan günləri» Turan dünyasının var olacağına bizi daha da ümidləndirir, bu arzunun da gerçəkləşəcəyinə inandırır və onu da bir daha göstərir ki, Türkiyə və Azərbaycan təkcə sözdə deyil, əməldə də iki dövlət bir millətdir. Çox keçməz ki, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan və s. Türkiyə ilə iki dövlət bir millət kimi əbədi var olacaqlar.
…Qarabağ zəfərinin 5-ci ildönümünü Türkiyədə – Bursada böyük təntənə ilə qeyd olunacağı hər birimizi fərəhləndirir, qardaş Türkiyəyə sevgimizi daha da alovlandırır.

Bu tədbirdə bütün türk dünyasından nümayəndələr iştirak edəcək, çünki Qarabağ zəfəri təkcə Azərbaycanın sevinci deyil, özbəyin də, qazağın da, türkmənin də, başqırdın da, tatarın da…sevincidir, bayramıdır. Bu sevinci bütün Turan elləri birlikdə yaşayacaq, bu zəfər bayramını Türkiyədə birlikdə qeyd edəcəklər.

Türkiyədə keçiriləcək Zəfər bayramı ilə yanaşı, eyni zamanda böyük türk şairi Bəxtiyar Vahabzadənin 100 illiyi, eləcə də Azərbaycanın Milli Qəhrəmanı şəhid Şirin Mirzəyevin və şəhid general Polad Həşimovun adını daşıyan parka, eyni zamanda Çanaqqala şəhidliyinə ziyarət ediləcəkdir. Bu, çox sevindiricidir. Bu, həm də onu göstərir ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycanın deyil, türk dünyasının şairidir. Şirin Mizəyev, Polad Həşimov təkcə Azərbaycanın deyil, türk dünyasının qəhrəmanlarıdır. Belə qəhrəmanlar yetişdirən türk dünyası öz sözünü dünyaya dünən də deyib, bu gün də deyir, sabah da deyəcəkdir.
Turan elləri var olsun!
Tanrı türkü qorusun!

P.S. Türkiyədə keçiriləcək Azərbaycan günlərinə qardaş və dost ölkədə yaşayan Hüseyn Gözəloğlundan mən də dəvətnamə almışam. Türkiyənin Bursa rəhbəri və Bələdiyyə Başqanının dəstəyi ilə təşkil olunacaq tədbirlərdə iştirak etmək arzusu ilə:

Son xəbərlər

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930