TÜRKİYƏNİN ZƏLZƏLƏ AĞRILARI - FOTO
TÜRKİYƏNİN ZƏLZƏLƏ AĞRILARI

6 fevral 2023-cü ildə Türkiyədə baş verən zəlzələ ağrılarını çoxumuz təəssüf hissilə qələmə aldıq. Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi şair-publisist Əli Rza Xələfli də bu faciəni öz ürək ağrıları ilə qələmə alıb kağıza köçürüb. Tanınmış publisistin rəhbərlik etdiyi "KREDO" qəzetinin 10 mart 2023-cü il tarixli sayında çap olunan "Türkiyənin zəlzələ ağrıları" başlıqlı poemasını oxudum. Poema bu misra ilə başlayır:
Qürurundan enmə sən, əyilmə sən, Sultanım,
İncimə hər kimsədən, öyülməsən, Sultanım...

Şair bununla Türk dünyasının lideri Rəcəb Təyyub Ərdoğana təsəlli verir, bildirir ki, heç vaxt əyilmə, başını dik tut, düşmənlərimiz baxıb sevinməsin.
Qardaş Türkiyənin ağrı-acıları həm də Azərbaycanın qəmi-kədəridir. Bu acı xəbəri eşidən kimi Azərbaycan Pezidenti İlham Əliyev cənablarının sərəncamı ilə ilk xilasedicilər zəlzələ bölgəsinə göndərildi. Bu, qardaş ölkədə çox yüksək səviyyədə qarşılandı. Ancaq Türk qardaşlarımıza içimizdən keçən təskinliyi çatdıra bilmirdik. Yalnız onu fikirləşirdik ki, görəsən bu qədər ağrıların altından Türkiyə qalxıb dikələ biləcəkmi?
Əli Rza Xələfli qələmə aldığı poemada qardaş ölkənin liderinin və bütünlükdə Türk xalqının ağrı-acısını özü yaşayır. O, çalışır ki, içinin təpəri ilə ehtiva etdiyi bu kiçik əsərlə Türkiyəyə bir təskinlik versin.
Şair yazır:
Qətiyyətin yol açır Türkün Tanrı dağına,
İradən işıq saçar Turanın bayrağına...
Əli Rza Xələfli bu misralarda Türk dünyasını əlçatmaz bir dağa bənzədir və bildirir ki, Turanın qurucusu siz olacaqsınız, o bayrağı Turan dövlətlərində dalğalandıracaqsınız.
Şair "Turan sevdalıları"nın obrazını Azərbaycanın simasında ümumiləşdirib, Azərbaycan-Türkiyə münasibətlərini "bir millət, iki dövlət" amalında verib, bütün türk dövlətlərinin birliyini qələmə alıb.
Əli Rza Xələfli poemanı o qədər ürək ağrısı ilə yazıb ki, əsəri oxuduqca o zəlzələ ağrılarını sanki özün yaşayırsan. Dağıntılar altından çıxarılan hər bir uşağın, qocanın fəryadını öz içində yaşadırsan.
Poemanı oxuduqca göz yaşlarına hakim ola bilmirsən. Şairin aşağıdakı misraları da elə bu qəbildəndir:
Səninlə bir gedirik tarixin sabahına,
Səninlə bir yanırıq Türkiyənin ahına...
Səni sevən hər kəsi qardaş bildim, Sultanım.
Könlümün dünyasına sirdaş bildim, Sultanım.
Şair bu misralarında Türkiyə liderinin böyük, türk dünyasının əvəzolunmaz siyasətçisi olduğunu bildirib. Belə götürəndə, "Türkiyənin zəlzələ ağrıları" poeması qardaş ölkənin dərdinə şərik olmaq məqsədi ilə qələmə alınıb, müəllif öz ürək ağrılarını Türk xalqının yenilməzliyi fonunda qabardıb.
Poema bu sonluqla bitir. Oxucuda bir mübarizlik hissi aşılayır. Açığı, Əli Rza Xələflini bizə sevdirən cəhət də elə budur: O, ağrını ağrı kimi (cismani sıxıntı kimi) yox, kişilik, mübarizlik, cəsarət hissi kimi mənalandırır.
Düşünürük ki, Əli Rza Xələflinin "Türkiyənin zəlzələ ağrıları" poeması hər kəsin yüksək dəyər verəcəyi bir əsər kimi tarixdə yer tutacaq.

Hüseyn İsaoğlu ( Məmmədov ) Yazıçı - publisist
Azərbaycan Jurnalistləri Birliyinin üzvü.

TÜRKİYƏNİN ZƏLZƏLƏ AĞRILARI - FOTO

Son xəbərlər

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Dağlarım, Şuşam, Vətənim - FOTOLAR

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib - FOTO

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

KİV: Ukrayna hərbçiləri sursat çatışmazlığı fonunda mövqelərini qoruya bilmirlər

Arif Musa: Mən kimi - FOTO

Məşhur iş adamı Bakıda qəzaya düşdü - FOTO

ÜST: Martda 25 mindən çox insan vəbaya yoluxub

Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

Türkiyədə zəlzələ olub

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir

UEFA “Barselona” klubunu cərimələyib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

“İrəvandan aydın reaksiya gözləyirik”

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Bütün xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930