Xəbərlər
24.10.2025, 04:28
İsrail UNRWA-nın Qəzzaya daxil olmasını rədd edir
İsrail hökuməti Beynəlxalq Ədalət Məhkəməsinin BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınları üçün Yardım və İş Agentliyinin (UNRWA) sakinlərə yardım göstərmək üçün Qəzza zolağına daxil olmasına dair qərarını rədd edir.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
Onun sözlərinə görə, UNRWA işçiləri arasında 7 oktyabr 2023-cü ildə İsrailə hücumda iştirak edənlər də daxil olmaqla, HAMAS hərəkatından olan fələstinli radikallar var.
"Biz 7 oktyabr [2023]-cü ildəki qırğında iştirak edən UNRWA təşkilatı ilə əməkdaşlıq etməyəcəyik. BMT agentliyinin terrorçularla dolu olması dəhşətli və utancvericidir. UNRWA hələ də 1400-dən çox HAMAS yaraqlısını işə götürür! Dünyada heç bir qurumun bunu İsrailə tətbiq etmək hüququ yoxdur. Bu pis tərəfdaşlıq strukturu hazırda sözdə BMT məhkəməsinin arxasında gizlənir. Sistem kökündən çürüyüb", - o deyib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay