Nyu-York federal məhkəməsi P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs barədə qərar çıxarıb.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, məhkəmə ona 4 il 2 ay həbs və 500 min dollar cərimə cəzası verib.

Belə ki, bu ilin iyul ayında Nyu-York məhkəməsi Kombsu iki maddə - cinsi istismar və fahişəliyə cəlb etmədə təqsirli bilib. Məlum olub ki, o, dəfələrlə müğənni Kessi (Kessi Ventura) də daxil olmaqla iki keçmiş sevgilisini dəbdəbəli hotellərə aparıb, onları başqa kişilərlə cinsi əlaqəyə girməyə məcbur edib və prosesləri lentə alıb.

Daha öncə ABŞ federal prokurorları ona minimum 135 ay həbs cəzası verilməsini və 500 000 dollar cərimələnməsini tələb etmişdilər. Müdafiə tərəfi müvəkkilin bu ilin sonunda azadlığa buraxılmasına icazə verərək 14 aylıq həbs cəzası istəyib.

Hökm çıxarılmazdan əvvəl “P.Diddy” hakim Arun Subramanyana məktub göndərərək peşman olduğunu, o cümlədən 2016-cı ildə Los-Ancelesdə hotelin dəhlizində Kessinin döyülməsinə görə peşmançılıq keçirdiyini bildirib. Repçi özünün 7 övladı və 84 yaşlı anası üçün hakimdən “mərhəmət” istəyib.

Sənətçinin məktubunda deyilir: “Köhnə mən həbsxanada öldü, yenisi doğuldu. Həbsxana səni ya dəyişdirəcək, ya öldürəcək – mən həyatı seçirəm”.

Lakin hakim bildirib ki, reper bütün məhkəmə prosesində heç vaxt iki qadını pul müqabilində başqa kişilərlə cinsi əlaqəyə məcbur etməklə bağlı günahını etiraf etməyib. Bundan əlavə, hakim onun qadınların başqa kişilərlə cinsi əlaqədə olmasının səs yazılarını dərc etməklə hədələməsini ağırlaşdırıcı hal hesab edib.

Qeyd edilir ki, istintaq təcridxanasında olarkən “P.Diddy” özünü təkmilləşdirmə kurslarına başlayıb həmçinin yanaşı kamerada olan çinli milyarder Quo Venguy ilə gənclərə kömək etmək üçün süni intellekt platforması yaratmaqla bağlı razılığa gəlib.

Son xəbərlər

Məşhur cütlüyün serialı ləğv edildi

Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar

Fərhad Mehdiyevin qızı faciəvi şəkildə öldü

Aİ azərbaycanlı iş adamına və Sumqayıt şirkətinə sanksiya qoydu

"Bereketli topraklar"ın aktrisası yeni serialda - FOTO

Haqqın qulu olmuşlara Rəhman kömək etmir - QƏZƏL

Mütəxəssislərdən xəbərdarlıq - mətbəxdəki bu əşya yanğına səbəb ola bilər

Xırdalanda 3300 metr yeni kanalizasiya kollektoru inşa edilir

Həbs müddəti azaldıldı

Əsəd Cahangir - 60 TƏBRİK EDİRİK!

Ecenin öldüyü gecə yaşananları - Anası açıqladı

25 il sonra doğulduğu evə getdi - Foto

44 yaşlı usta emalatxanada öldü

24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı

Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi oldu

Hakan Fidan və Lavrov nələri müzakirə edəcəklər?

"Şəfa"da yeni müqavilə

Müəllimlər vahid geyim formasına keçəcək?

“AzərEnerji”də qanvermə aksiyası keçirildi - Fotolar

Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir - Fotolar

Gündüz mürgüləməsi təhlükəli ola bilər

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

Azərbaycan IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

"Telegram" bir həftəlik bloklandı - Hindistanda

"Zelenski ciddi danışmağa hazırdırsa, Moskvaya gələ bilər" - Peskov

Təkrar imtahanlarda iştirak edəcəklərin nəzərinə!

“Atası prokuror idi, ölümü lazımi qaydada araşdırılacaq” - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930