Sahibə Qafarova: Çindən olan parlamentarilərlə əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi önəm verir


Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini Su Huinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə spiker Sahibə Qafarova Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən danışıb.

Spiker bildirib ki, ölkələr arasında bütün sahələrdə əlaqələrin dərinləşməsində və inkişafında dövlət başçıları arasında yüksək səviyyədə həyata keçirilən görüşlərin və imzalanmış sənədlərin mühüm rolu var.

Qeyd edilib ki, Prezident İlham Əliyevin Çinə son dövlət səfəri ikitərəfli münasibətlərin dərinləşməsində tarixi mərhələni təşkil edir.

Bildirilib ki, ölkələr bir çox sahələrdə uğurla əməkdaşlıq edir və daim qarşılıqlı dəstək nümayiş etdirirlər. Azərbaycan hər zaman birmənalı olaraq "Vahid Çin" siyasətini və Çinin ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan da Çinin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini yüksək qiymətləndirir və ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinin maraqlarını müdafiə edirlər.

Görüşdə Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında qurulan müntəzəm təmasların ikitərəfli siyasi münasibətlərin inkişafında rolundan, Azərbaycanın Çin Xalq Respublikası sədrinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyən ilk ölkə kimi bu istiqamətdə həyata keçirdiyi layihələrdən, eyni zamanda "Orta Dəhliz"in inkişafı istiqamətində birgə əməkdaşlığın əhəmiyyətindən danışılıb.

Söhbət zamanı iqtisadi, ticarət, humanitar, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsindən məmnunluq ifadə olunub, iki ölkə arasında mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi olan Heydər Əliyev Fondu və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əlaqələrin inkişafının ölkələrə və xalqlara verdiyi töhfələr vurğulanıb.

Azərbaycan və Çin parlamentləri arasında əməkdaşlığın əhəmiyyətindən danışan spiker Sahibə Qafarova qeyd edib ki, Milli Məclis Çindən olan həmkarları ilə əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi önəm verir. Bu sahədə hər iki ölkənin parlamentində fəaliyyət göstərən qarşılıqlı əlaqələr üzrə işçi qrupları mühüm rol oynayır.

Görüş üçün təşəkkürünü bildirən Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini Su Hui Azərbaycana ilk dəfə səfər etdiyini bildirib və bu barədə təəssüratlarını bölüşüb. Qonaq ölkələr və parlamentlər arasında münasibətlərin inkişafı, "Bir kəmər, bir yol" layihəsinin həyata keçirilməsində birgə fəaliyyət, Çin iqtisadiyyatının inkişaf istiqamətləri və ikitərəfli münasibətlərin perspektivləri barədə fikirlərini bölüşüb.

Söhbət zamanı qonaq Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin fəaliyyəti, strukturu, partiyaların təmsilçiliyi, Çinin siyasi sistemi barədə məlumat verib. O, Azərbaycanın "Vahid Çin" siyasətinə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, qarşılıqlı əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maralandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.




Son xəbərlər

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

NƏSİB MÜƏLLİM, SİZ DƏ MƏNƏ SÜRPRİZ ETDİNİZ

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930