Xəbərlər
6.09.2025, 22:07
ZÖHRƏ QARAQIZI : BU DÜNYADAN DOYMAQ OLMUR - FOTO
BU DÜNYADAN DOYMAQ OLMUR
Gözəlləşir hər bir yeri,
Bərabərdir xeyri- şəri.
Deməyin ki, yox dəyəri,
Bu dünyadan doymaq olmur.
Toy- düyünü ürəkaçan,
Sarayları işıqsaçan.
İnsanlığa qucaqaçan,
Bu dünyadan doymaq olmur
Ulduzları göydə durur
Kainata gözün vurur.
Bir işıqlı dünya qurur,
Bu dünyadan doymaq olmur.
Tanrı yazan ömür qısa,
Tuş gələsən min alqışa.
Düşməyəsən bir qarğışa,
Bu dünyadan doymaq olmur.
Arzularım çoxdu hələ,
Gətirim tək birin dilə.
Tez qovuşum doğma elə,
Bu dünyadan doymaq olmur.
Al- yaşıla boyanasan,
Səhər sağlam oyanasan.
Zirvələrdə dayanasan,
Bu dünyadan doymaq olmur.
Muradına çatmaq üçün,
Qəm- kədəri atmaq üçün.
Ruha sevinc qatmaq üçün ,
Bu dünyadan doymaq olmur.
Parlaq günəş, nurlu ayı,
Payız, qışı, yazı, yayı.
Bu dünyanın yoxdu tayı,
Bu dünyadan doymaq olmur.
Zöhrə, demə etibar yox,
Dərdi, qəmi, qüssəsi çox.
Ğözün , könlün olsa da tox,
Bu dünyadan doymaq olmur.
Bərabərdir xeyri- şəri.
Deməyin ki, yox dəyəri,
Bu dünyadan doymaq olmur.
Toy- düyünü ürəkaçan,
Sarayları işıqsaçan.
İnsanlığa qucaqaçan,
Bu dünyadan doymaq olmur
Ulduzları göydə durur
Kainata gözün vurur.
Bir işıqlı dünya qurur,
Bu dünyadan doymaq olmur.
Tanrı yazan ömür qısa,
Tuş gələsən min alqışa.
Düşməyəsən bir qarğışa,
Bu dünyadan doymaq olmur.
Arzularım çoxdu hələ,
Gətirim tək birin dilə.
Tez qovuşum doğma elə,
Bu dünyadan doymaq olmur.
Al- yaşıla boyanasan,
Səhər sağlam oyanasan.
Zirvələrdə dayanasan,
Bu dünyadan doymaq olmur.
Muradına çatmaq üçün,
Qəm- kədəri atmaq üçün.
Ruha sevinc qatmaq üçün ,
Bu dünyadan doymaq olmur.
Parlaq günəş, nurlu ayı,
Payız, qışı, yazı, yayı.
Bu dünyanın yoxdu tayı,
Bu dünyadan doymaq olmur.
Zöhrə, demə etibar yox,
Dərdi, qəmi, qüssəsi çox.
Ğözün , könlün olsa da tox,
Bu dünyadan doymaq olmur.
28.08.2025
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
















