
Xəbərlər
3.07.2025, 00:24
Arzu Yaqub qızı : Asılmışam sözlərindən - FOTO
Nə görünür dünya sənsiz,
Qədirlimi, qədirsizmi?
Adını nə qoyum axı,
Səbirlimi, səbirsizmi?
Həyat udur günlərimi,
Yoxmuş könlümün sevinci.
Yalanla tovlanmaq olmaz,
Sözlərimdən nə küs, inci.
Ürəyimdə bir yerin var,
Dağ başına düşən qaram.
Qəlbimi girov götürdün,
Hey göynəyir ürək yaram.
Keçirəm bulud qayıqla,
Bulud da yağış olacaq.
Kim deyir ki, gözdəki yaş
Arzuma ümid olacaq.
Sənli- sənsiz varam,yoxam,
Götür məni gözlərindən.
Səbr kəndirim üzülüb,
Asılmışam sözlərindən.
Qədirlimi, qədirsizmi?
Adını nə qoyum axı,
Səbirlimi, səbirsizmi?
Həyat udur günlərimi,
Yoxmuş könlümün sevinci.
Yalanla tovlanmaq olmaz,
Sözlərimdən nə küs, inci.
Ürəyimdə bir yerin var,
Dağ başına düşən qaram.
Qəlbimi girov götürdün,
Hey göynəyir ürək yaram.
Keçirəm bulud qayıqla,
Bulud da yağış olacaq.
Kim deyir ki, gözdəki yaş
Arzuma ümid olacaq.
Sənli- sənsiz varam,yoxam,
Götür məni gözlərindən.
Səbr kəndirim üzülüb,
Asılmışam sözlərindən.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay